Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Ukrayna yeni geosiyasi çağırışlar şəraitində..

Azərbaycan və Ukrayna yeni geosiyasi çağırışlar şəraitində..

18.01.2022 [11:25]

Günel Abbas 

Azərbaycanın Ukrayna ilə dostluq və əməkdaşlıq əlaqələri dinamik şəkildə güclənməkdədir. Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri isə dünya mətbuatının, ekspertlərin diqqət mərkəzindədir. Yeri gəlmişkən, Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vereşçuk AZƏRTAC-a müsahibəsində bir sıra vacib məqamlara toxunub. O qeyd edib ki, əldə olunan razılaşmalar Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yeni keyfiyyətini nümayiş etdirir.
Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Valeri Kolyux “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Azərbaycan və Ukrayna yeni geosiyasi çağırışlar şəraitində ikitərəfli münasibətləri təkcə indiki səviyyədə saxlamağın deyil, həm də hərtərəfli inkişaf etdirməyin nə qədər vacib olduğunu başa düşürlər: “Ölkələrimiz arasında kənd təsərrüfatı, energetika və ticarət sahələrində əməkdaşlığı gücləndirən altı yekun sənədin imzalanması pandemiyanın Bakı ilə Kiyev arasında iqtisadi və siyasi əməkdaşlığın aktuallığını, əhəmiyyətini aşağı salmadığını sübut edir”. 
Valeri Kolyux bildirib ki, liderlərimizin görüşü özlüyündə simvolik xarakter daşıyır, çünki bu, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması ərəfəsində baş tutub. “Mən qəti əminəm ki, Ukraynada Böyük Tikinti proqramında, Azərbaycanda Qarabağın infrastruktur layihələrində ölkələrimiz yeni birgə uğurlar əldə edəcəklər”. 
     Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko bildirib ki, bu yaxınlarda Ukrayna ilə arasında Azərbaycan Respublikası yüksək səviyyədə əlaqələr qurmaqdadır: “Ötən ay ölkələrimizin prezidentlərinin Brüssel görüşü, həmçinin telefon danışığı oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ukraynaya səfəri bu tendensiyanın məntiqi davamıdır. Qarşıdan fevral ayında qeyd edəcəyimiz Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi yaxınlaşır. 
     Ukrayna Azərbaycana etibarlı tərəfdaş və dost kimi baxır. Qlobal korona böhranına baxmayaraq, son 7 ildə ilk dəfə olaraq, rekord həddə - təxminən 1 milyard dollara çatan ölkələrimiz arasında artan ticarət dövriyyəsi buna sübutdur. Ölkələrimiz beynəlxalq səviyyədə tanınmış çərçivədə bir-birinin suverenliyini və ərazi bütövlüyünü davamlı şəkildə dəstəkləyir. Qara dəniz-Xəzər dənizində sülh və sabitliyin təmin edilməsi üçün çalışırıq.
     Bundan əlavə, hökumətlərimiz arasında siyasi, iqtisadi, enerji, hərbi-texniki, infrastruktur, nəqliyyat, aviasiya, aqrar-sənaye, mədəniyyət sahələrində bir sıra sazişlər imzalanmışdır ki, bu da əminəm ki, qarşılıqlı fayda verəcəkdir. Prezidentin bu səfərinin nəticələrinin yüksək effkt verəcəyinə heç bir şübhəm yoxdur. Cənab İlham Əliyevin dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi və artırılması, birgə irimiqyaslı layihələrin sayının artmasına töhfə vermək təşəbbüsləri Azərbaycan üçün daha bir ciddi addım olacaq. 
      İrina Vereşçukun müsahibəsində deyilənlərin hamısı ilə tamamilə razıyam. Ölkələrimizin həqiqətən də böyük və hələ tam reallaşmamış əməkdaşlıq potensialı var. Doğrudan da, GUAM təşkilatı çərçivəsində işimizi canlandırmaq lazımdır, təəssüf ki, son illər bir qədər bu işlər səngiyib.
     Ukrayna artıq infrastrukturun bərpası və yenidən qurulması sahəsində mühüm təcrübə toplayıb, çünki hazırda ölkədə “Böyük tikinti” adlı genişmiqyaslı prezident proqramı həyata keçirilir, bu proqram çərçivəsində minlərlə kilometr yollar, körpülər, yol ötürücüləri, uşaq baxçaları, xəstəxanalar, obyektlər, idman infrastrukturu eləcə də məktəblər tikilir. Ona görə də Ukrayna bu sahədə öz təcrübəsini azərbaycanlı dostlarımızla bölüşməyə hazırdır. Həmçinin, ukraynalı mütəxəssislər Qarabağın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində Azərbaycana kömək edə bilərlər”.

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31