Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 32 il əvvəl - 20 Yanvar 1990-cı il

32 il əvvəl - 20 Yanvar 1990-cı il

20.01.2022 [00:30]

Şərəf və qürur tariximiz - xalqımızın azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsi

Xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifələrindən olan 20 Yanvar faciəsi şərəf və qürur tariximizdir. Çünki bu, xalqımızın azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir. 

İflas astanasında - çöküş ərəfəsində olan SSRİ-nin hərbi birləşmələri 32 il öncə bu gün Azərbaycanın paytaxtı Bakıda və daha sonra digər bir sıra bölgələrdə mülki əhalini hədəf seçərək dəhşətli cinayət törətdilər. Nəticədə, Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, azadlıq və müstəqillik idealı ilə yaşayan, öz hüquqlarını tələb edən - haqqını axtaran Azərbaycan xalqına qarşı faciəvi qətliam idi. Bir sözlə, 20 Yanvar hadisəsi Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biridir.

Təəssüf və təəccüb hissi ilə qeyd etmək lazımdır ki, o vaxt respublikamıza “rəhbərlik” edən qüvvələr bu məsələyə biganə qaldılar, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışdılar. Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi olayların mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını bir daha təsdiq etdi. Bu, bir həqiqət idi ki, o zamankı respublika rəhbərliyi, hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdi. Bu hadisələrin fonunda  xalqın mübarizəsini siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların da iç üzü ortaya çıxmışdı. Daha doğrusu, dəfələrlə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu “unutmağa” başladı. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər, heç bir təklif və təşəbbüs, iradə ortaya qoymadılar.  Beləliklə, faciədən uzun müddət keçsə də, SSRİ tərəfindən xalqa qarşı törədilmiş ağır cinayətə siyasi-hüquqi qiymət verilməmişdi. Hələ Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən ölkəmizdən çıxarılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi. Beləliklə, 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və buna dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilin iyununa qədər faktiki olaraq heç bir tədbir görülmədi.

Ən mühüm məqamlardan biri budur ki, Heydər Əliyev tarixi və mənəvi-siyasi məsuliyyəti öz üzərinə götürməklə taleyüklü məqamda liderlik və xalqın yanında olmaq nümunəsi ortaya qoydu. Hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı ?aimi nümayəndəliyinə gələn Heydər Əliyev qanlı faciənin təşkilatçılarını, SSRİ hakimiyyətini dünya ictimaiyyəti qarşısında şiddətli şəkildə qınadı və günahkarların cəzalandırılmasını tələb edən bəyanat verdi. Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Bununla yanaşı, Heydər Əliyev 1991-ci il iyunun 19-da Kommunist Partiyasının sıralarından çıxmaqla bağlı SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubda həmin qanlı hadisələri də xatırlatmış, diqqəti yenidən 20 yanvar faciəsinə cəlb etmişdi. O,  1993-cü ilin iyununda hakimiyyətə gələndən sonra isə ölkə rəhbəri kimi mühüm addımlar atdı. Belə ki, Ümummilli Lider 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. 1994-cü il mart ayının 29-da ölkə parlamenti tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə - 20 Yanvar hadisələrinə məhz ?lu ?ndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş oldu.

Heydər Əliyevin xalqımızın azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil. Ümumiyyətlə, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla, bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Digər tərəfdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinin problemlərinə daim böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, əlillərin sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür.

Nəticə etibarilə, bu tarixi faciə qan yaddaşımız olsa da, Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir. 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir!

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 286 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

06 İyul 10:05

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 İyul 10:09

Sosial

Gündəm

Brüsseldən Bakıya...

05 İyul 09:50  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31