Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Samuxda “20 Yanvar” şəhidlərinin xatirəsi ehtiramla anıldı

Samuxda “20 Yanvar” şəhidlərinin xatirəsi ehtiramla anıldı

20.01.2022 [14:36]

Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi yazılmış 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Samuxda qeyd olunan hüzn günü tədbirinə  minlərlə sakin qatılmışdı. Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 32 il ötür. Ümumxalq Hüzn Günü Samux rayonunda böyük izdihamla qeyd olundu.

Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında əvvəlcə, YAP Samux rayon təşkilatının foyesində təşkil edilmiş “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisini ilə tanış oldular. Sonra tədbir iştirakçıları Samux şəhərindəki şəhidlər kompleksini ziyarət etdilər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoydular.

Saat 12:00-da Samux şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verildi. 

Samux Cümə məscidinin axundu şəhidlərin ruhuna dualar oxudu.

Paylaş:
Baxılıb: 267 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

06 İyul 10:05

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 İyul 10:09

Sosial

Gündəm

Brüsseldən Bakıya...

05 İyul 09:50  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31