Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ticarət tərəfdaşlarımız: Siyahıda hansı ölkələr yer alır?

Ticarət tərəfdaşlarımız: Siyahıda hansı ölkələr yer alır?

21.01.2022 [23:27]

Mübariz ABDULLAYEV

Azərbaycanda aparılan məqsədyönlü siyasət ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib. Bu, həmçinin respublikamızın xarici ticarət əlaqələrinin davamlı şəkildə genişlənməsində də öz əksini tapır. Son illərdə özünü dünya miqyasında etibarlı tərəfdaş kimi təsdiqləyən Azərbaycanın neft və qeyri-neft məhsulları üzrə xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.

Xarici ticarət dövriyyəsində müsbət saldo

Ötən il milli iqtisadiyyatımızda həm bərpa prosesi gedib, ÜDM istehsalı artıb, həm də xarici ticarət dövriyyəsi genişlənib. Son 1 ildə respublikamızın xarici ticarət dövriyyəsində  7,515 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur. İqtisadi İslahatların Təhlili  və Kommunikasiya Mərkəzinin “İxrac icmalı” nın yanvar sayında yer alan məlumatlara  əsasən, 2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artıb.

Respublikamızdan 2021-ci il ərzində meyvə-tərəvəz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,9 mln. ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı  2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı  2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb. O cümlədən 2021-ci ilin dekabr ayı üzrə ixrac 2,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9% təşkil etməklə 353,6 mln ABŞ dolları olub.

Ən böyük ticarət tərəfdaşı - Avropa İttifaqı

Ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi ilə yanaşı, idxal-ixrac əməliyyatlarının coğrafiyasının genişlənməsi də diqqətəlayiq məqamdır. Bu, ölkəmizə, milli iqtisadiyyatımızda “Made in Azerbaijan” brendi ilə buraxılan məhsullara inamın artmasının ifadəsidir. Qürurverici haldır ki, respublikamızla Avropa İttifaqı ölkələrinin ticarət tərəfdaşlığı getdikcə genişlənir. İndiyədək Azərbaycan Aİ-nin 9 dövləti ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Hazırda Avropa ?ttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmiz ixracatının təxminən 55 faizini, idxalının 20 faizini Avropa İttifaqı ilə aparır. Birliklə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 40 faiz səviyyəsindədir. 2021-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdən Avropa İttifaqına üzv dövlətlərə 9 milyard 708,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 3 milyard 563,3 milyon dollar çoxdur. Bəhs olunan dövrdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 769,6 milyon dollar təşkil edib.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ötən il respublikamızdan Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Cari ildə bu rəqəmi 9 milyard, 2023-cü ildə isə 11 milyard kubmetr? çatdırmaq hədəflənib.

Ön sırada “Böyük Yeddiliyin” üzvü İtaliya gəlir

Bu gün müstəqil Azərbaycanla “Böyük Yeddiliyin” üzvü olan İtaliya müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edir. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoqun yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir. Ümumiyyətlə, iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığını genişləndirmək üçün heç bir siyasi maneə yoxdur. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb. İtaliya şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından yuxarı olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Son 10 ildə ölkələrimiz arasında ticari əlaqələr 70 faizə qədər artıb. Bütövlükdə, “Böyük Yeddiliyin” üzvü olan İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Bəhs olunan dövrdə dost ölkənin Azərbaycandan olan idxalı 55,5 milyard avro təşkil edib. Ötən 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri isə 7 milyard avroya bərabərdir.

Hazırda hər iki ölkə müasir sənaye istiqamətləri üzrə sıx əməkdaşlıq edir. O cümlədən aqrar sektorda da əməkdaşlığı genişləndirmək imkanları böyükdür. Zeytunçuluq və fındıqçılıq belə sahələrdəndir. Azərbaycan artıq zeytun yağlarını xarici bazarlara ixrac etməyə başlayıb. İtaliya şirkətləri bu sahədə məsləhətçi və podratçı qismində çıxış edə bilərlər. Azərbaycan və İtaliya dünyada fındıq istehsalı üzrə üçüncü-dördüncü yerləri bölüşürlər. İki ölkənin fındıq istehsalçılarının birgə səylərlə daha böyük uğur qazanmaq imkanları genişdir.

Qardaş Türkiyə ikinci yeri bölüşür

Azərbaycanla Türkiyənin zirvədə olan dostluğu, qardaşlığı bütün dünya üçün nümunədir. İki ökə arasında münasibətlərin dərinləşməsinə həm hər iki dövlətin ali rəhbərliyi güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətlər səviyyəsində buna böyük istək var. Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər 30 il bundan əvvəl qurulsa da, xalqlarımızın qardaşlığının əsasları tarixin dərin qatlarına gedib çıxır.

Getdikcə güclənən iqtisadi əlaqələr və artan ticarət dövriyyəsi də iki ölkə arasındakı siyasi, mədəni, humanitar əməkdaşlığın yüksək səviyyəsinə adekvatdır. Pandemiyanın mənfi təsirlərinə rəğmən, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi yüksək səviyyədə olub. Hazırda 4,1 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Pandemiyadan əvvəlki illərdə Azərbaycanla Türkiyə arasındakı ticarət əlaqələrində artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci illə müqayisədə isə 73 faiz artıb. Ölkələrimiz  növbəti 3 il ərzində ticarət dövriyyəsinin həcminin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər və bu, tam real hədəfdir.

MDB məkanı və Rusiya ilə əlaqələr

Azərbaycanın xarici ticarətində MDB ölkələrinin xüsusi çəkisi var. Uzun illər boyu keçmiş ittifaqın tərkibində yer alan bugünkü müstəqil dövlətlər inteqrasiya əlaqələrini davam etdirirlər. MDB məkanında ən böyük iqtisadi potensiala malik Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir. Hazırda bu ölkənin 900 şirkəti Azərbaycanda çalışır. İndiyədək Azərbaycan iqtisadiyyatına 4,5 mlrd. dollar həcmində birbaşa Rusiya sərmayəsi qoyulub. Öz növbəsində Azərbaycan şirkətləri də Rusiyada müxtəlif layihələrin icrasında yüksək fəallıq göstərirlər. Ötən il pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq,  Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 10%-dən çox artıb.

Azərbaycan, həmçinin Rusiyanın ayrı-ayrı subyektləri ilə də iqtisadi-ticarət əlaqələrini ilbəil genişləndirir. Bu sırada Rusiyanın Həştərxan vilayəti xüsusi yer tutur. Bir qədər bundan əvvəl Bakıda Həştərxan İş Mərkəzi fəaliyyətə başlayıb və Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb.

Paylaş:
Baxılıb: 319 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Siyasət

Niyə məhz Ərdoğan?

20 Avqust 10:13

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Sosial

Gündəm

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

19 Avqust 10:14

Xəbər lenti

10 layihədən biri

19 Avqust 10:10

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31