Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistanda anlamalıdırlar ki...

Ermənistanda anlamalıdırlar ki...

21.01.2022 [23:30]

Sərhədlərin delimitasiyası və demarkasiyası qaçılmaz prosesdir

Nurlan

Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ münaqişəsi təkcə tarixi ədalətin və ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi. Eyni zamanda, regionda yeni reallıqlar yarandı. Postmüharibə dövrünün gerçəklikləri bölgədə dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühitinin yaranmasını şərtləndirir, yaxud zəruri edir. Azərbaycan bu istiqamətdə öz üzərinə düşən vəzifələri yerinə yetirir, mühüm təklif və təşəbbüslərlə çıxış edir. Xüsusilə də, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların bərpası, sülh müqaviləsinin imzalanması istiqamətində ölkəmiz tərəfindən qətiyyətli mövqe və iradə nümayiş etdirilir. Amma Ermənistan vaxtaşırı müxtəlif təxribatçı addımlarla və bəyanatlarla proseslərin tənzimlənməsinə əngəl yaratmağa çalışır. Bu ölkədəki revanşist qüvvələr isə ənənəvi amplualarındadır. Onlar sərsəm - siyasi reallıqlara və beynəlxalq hüquqa zidd iddialar səsləndirirlər.

Yeri gəlmişkən, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan qeyd edib ki, Azərbaycan geri çəkilməli, ya da KTMT-nin hərbi komponentindən istifadə edilməlidir. O, bununla sərhədlərin delimitasiyası və demarkasiyası prosesini hədəfə almağa cəhd göstərib. Amma bu bəyanat dəstək tapmayıb. KTMT-nin baş katibi Stanislav Zas deyib ki, vəziyyəti normallaşdırmaq üçün Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzərində iş lazımdır. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işə mümkün qədər tez başlanılmalıdır.

Bununla yanaşı, xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr tarixli bəyanatlarında təsbit olunmuş üçtərəfli razılaşmaların tam həcmdə həyata keçirilməsinin zəruriliyini əsas götürür: “Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq, regionda nəqliyyat kommunikasiyalarını və iqtisadi əlaqələri bərpa etməkdir. Bu istiqamətlərdə tərəqqiyə nail olmaq Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması işində əhəmiyyətli dərəcədə irəliləməyə imkan verəcək”.

Beləliklə, reallıqlar Ermənistanın ağıllı hərəkət etməyi və konstruktiv mövqe nümayiş etdirməyi tələb edir. Yəni məğlub ölkə öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək düşüncəsi əsasında hərəkət etməli, Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalı, sülh müqaviləsinə hazırlıq işlərinə başlamalıdır. Bu ölkədəki revanşist qüvvələr də anlamalıdır ki, bu tarixi fürsət onlar üçün son şansdır. Çünki Ermənistan haqlı, güclü və qalib Azərbaycanın yaratdığı reallıqları dəyişmək iqtidarında deyil. Beynəlxalq ictimaiyyət isə müharibənin nəticələrini qəbul edir!

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30