Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prokurorluq: Provokativ və neqativ hallara yol vermiş media qurumu barədə tədbir görüləcək

Prokurorluq: Provokativ və neqativ hallara yol vermiş media qurumu barədə tədbir görüləcək

22.01.2022 [00:21]

21.01.2022-ci il tarixdə, saat 22:11-də “haqqın.az” saytında prokurorluq orqanlarının nüfuzuna xələl gətirməyə yönəlmiş "Помощник прокурора Апшерона на общественных началах оказался мошенником. Но суд не отправил его в тюрьму" başlıqlı məqalə dərc edilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, məqalə həqiqəti əks etdirmir: "Süni şəkildə ictimaiyyətin marağını cəlb etmək məqsədilə hazırlanmış məqalədə öz əksini tapmış həqiqətə uyğun olmayan məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, Elbrus Əliyev prokurorluq orqanlarından son yaş həddi ilə 07.02.2007-ci il tarixdə təqaüdə çıxmaqla, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmamışdır.
Həmçinin, qeyd olunmalıdır ki, Elbrus Əliyevin Abşeron rayon prokurorluğunda ictimai əsaslarla çalışdığını bildirməsi onun dələduzluq cinayətini törətmək üçün insanların etibarını qazanmaq üsulu kimi seçilmişdir.
Lakin təəssüflər olsun ki, məlumatlar rəsmi dövlət qurumu ilə dəqiqləşdirilmədən ictimailəşdirilmişdir.
Eyni zamanda məqalədə Abşeron rayon prokurorluğunun lövhəsinin fotosu yer almış, lakin qeyd olunan cinayət hadisəsi ilə həmin rayon prokurorluğunun hər hansı əlaqəsi olmamışdır.
Prokurorluq orqanları tərəfindən bu kimi provokativ və neqativ hallara yol vermiş media qurumlarının barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir".

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30