Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Super Liqasında I dövrəyə yekun vurulub

Azərbaycan Super Liqasında I dövrəyə yekun vurulub

26.01.2022 [11:15]

Voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan Super Liqasında I dövrəyə yekun vurulub. “Yeni Azərbaycan” xəbər verir ki, II turdan təxirə salınmış ilk qarşılaşmada “Azərreyl” və “Abşeron” komandaları Azərbaycan Voleybol Federasiyasının idman zalında üz-üzə gəliblər.
Pandemiya səbəbindən karantin qaydalarına uyğun – azarkeşsiz keçirilən görüşü, həmçinin UNEC – “Murov” oyununu gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva canlı izləyiblər. 
Liderlərin duelində “Abşeron” qələbə qazanıb. İlk seti 25:19 hesabı ilə aktivinə yazan komanda ikinci hissədə 25:22 hesabı ilə qalib gəlib. “Azərreyl” üçüncü hissədə də məğlubiyyətə üzülüb – 17:25. “Quru hesablı” qələbə “Abşeron”u dövrə qalibi etməklə yanaşı, vahid liderə çevirib. 

Ardınca meydana UNEC və “Murov” klubları çıxıblar. Autsayderlərin dueli kifayət qədər maraqlı alınıb. Setəset prinsipi ilə davam edən oyunun tay-brekində UNEC üstün olub. Onlar 3:2 (28:26, 9:25, 25:15, 16:25, 15:10) hesabı ilə qalib gəlməklə 3-cü yerdəki mövqeyini möhkəmlədiblər. 
Beləliklə, 3 turdan sonra xal itirməyən və set belə uduzmayan “Abşeron” 9 xala malikdir. Onlardan 3 xal geri qalan “Azərreyl” 2-ci olduğu halda, UNEC 2 xalla “üçlüy”ü qapayır. Sonuncu olan “Murov” 1 xala malikdir. 

Qeyd edək ki, klubların razılığı əsasında Super Liqanın reqlamentində dəyişiklik edilib. Yarışın qalibi nəzərdə tutulduğu kimi 6 dövrənin deyil, 4 dövrənin yekununa əsasən müəyyənləşəcək. Buna mart-aprel aylarında kubok oyunlarının təqvimə salınması səbəb olub.

Paylaş:
Baxılıb: 232 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

06 İyul 10:05

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 İyul 10:09

Sosial

Gündəm

Brüsseldən Bakıya...

05 İyul 09:50  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31