Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiyaya qarşı 6-cı sanksiya paketi açıqlanıb

Rusiyaya qarşı 6-cı sanksiya paketi açıqlanıb

04.05.2022 [11:12]

"Bu gün biz altıncı sanksiyalar paketini təqdim edirik".

APA xəbər verir ki,bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışında deyib.

"Birincisi, Biz Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbi zabitləri və digər şəxsləri siyahısını hazırladıq. Sizin kim olduğunuzu bilirik və siz törətdiklərinizə görə məsuliyyət daşıyacaqsınız.

İkincisi, biz Rusiyanın ən böyük bankı olan "Sberbank"ı və digər iki böyük bankı SWIFT-dən çıxarırıq.

Üçüncüsü, biz yalan və təbliğatı aqressiv şəkildə yayımlayan üç böyük Rusiya dövlət yayımçısını efirimizdən çıxardırıq, onların yayımını qadağan edirik.

Nəhayət, biz Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Gəlin açıq olaq: bu asan olmayacaq amma biz bunun üzərində işləməliyik. Biz əmin olacağıq ki, iqtisadiyyatlarımıza təsirini minimuma endirməklə, Rusiya neftindən imtinanı nizamlı şəkildə apararaq, Rusiyaya təzyiqi maksimum dərəcədə artıracayıq", Ursula von der Leyen deyib.

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30