Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ADU-da beynəlxalq simpozium keçirilib

ADU-da beynəlxalq simpozium keçirilib

06.05.2022 [15:14]

Mayın 6-da Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika institutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpoziumun açılışı olub.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edib.
ADU-nun rektoru akademik Kamal Abdulla simpoziumun əhəmiyyətindən danışıb.
Bakı Slavyan Universitetinin rektoru siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev yeni elmi istiqamətlərin və tədqiqatların önəmindən, gənc alimlərin bu simpoziumda iştirakının vacibliyindən söz açıb.
Nəsimi rayonu icra hakimiyyətinin başçısı Asif Əsgərov da iştirakçılar arasında yer alıb.
Beynəlxalq tədbirdə Avstriyanın Azərbaycandakı səfiri Aleksandr Bayerl çıxış edərək qarşılıqlı əməkdaşlığın faydalarını diqqətə çatdırıb.
Simpoziuma İtaliyadan iştirakçı kimi qoşulan Germanistika üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Laura Auteri tədbirin əhəmiyyətindən, yeni əməkdaşlıq əlaqələrinin gələcək inkişaf istiqamətlərindən danışıb.
Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Şvarts bildirib ki, tədbir yüksək səviyyədə təşkil olunub. Elmi-tədqiqat üçün əlverişli imkanlar yaradılıb.
Simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrin müxtəlif universitetlərindən olan alim və professorlar, gənc tədqiqatçılar və media nümayəndələri iştirak edirlər.
Çıxışlarda vurğulanıb ki, simpozium çoxşaxəli elmi yaradıcılıq imkanlarının müəyyən olunmasında və istedadlı alimlərin yetişməsində xüsusi rol oynayır. Nümayiş olunan filmlər və təqdim olunan kitablar simpoziumun proqramına rəngarənglik qatır.
Beynəlxalq tədbir çərçivəsində iştirakçılar Şamaxıya gedəcək, mühazirə və seminarlarla çıxış edəcəklər.
Qeyd etmək lazımdır ki, simpoziumda təqdim olunan mövzular öz aktuallığı ilə seçilir. Tədbir bölmə iclasları, kitab təqdimatları və mühazirələrlə davam edir.
Beynəlxalq tədbir işini mayın 8-də yekunlaşdıracaq.

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30