Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kişinyov BMT-yə arxalanır

Kişinyov BMT-yə arxalanır

11.05.2022 [10:18]

Rusiya ətrafında NATO çəmbəri daralır - KTMT kömək edə bilərmi?

Taleh AĞAVERDİYEV

Anti-Rusiya cəbhəsi gündən-günə genişlənir və Rusiya ilə NATO arasında toqquşma ehtimalı getdikcə reallaşır.

Mayın 12-də Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını açıqlayacaq. Mayın 15-də İsveçin hakim partiyası da alyansa üzvlüklə bağlı qərar verəcək.

Mayın 19-da NATO-nun hərbi komitəsi Brüsseldə baş qərargah rəisləri səviyyəsində Ukraynadakı müharibəni və Madriddə keçiriləcək sammiti müzakirə edəcək. Gündəliyə NATO-nun şərq sərhədləri boyunca uzunmüddətli güclənməsinin müzakirəsi də daxildir. İclasa Finlandiya və İsveçin nümayəndələri də dəvət olunub ki, bu da bu ölkələrin alyansa qəbul edilməsi niyyətinin nə qədər ciddi olduğunu açıq şəkildə göstərir.

Alyansın keçmiş rəhbəri Anders Foq Rasmussen CNBC telekanalına verdiyi müsahibədə bildirib ki, Finlandiya və İsveç NATO-ya indi qoşulmalıdır, hələ ki, Rusiya diqqətini Ukraynadakı müharibəyə yönəldib. Eyni zamanda, onun sözlərinə görə, ərizələrə baxıldığı müddətdə blok iki ölkənin təhlükəsizliyini elə təmin etməlidir ki, “sanki onlar artıq NATO üzvüdürlər”.

Finlandiyanın NATO-ya daxil olması artıq ABŞ və Almaniya tərəfindən ciddi şəkildə dəstəklənmişdir. Bu yaxınlarda mətbuat konfransında isveçli və finlandiyalı həmkarları ilə birlikdə çıxış edən Almaniya kansleri Olaf Şolts deyib ki, “hazırda Rusiyanın Ukraynaya hücumundan sonra başqa ölkəni işğal etməyəcəyinə dair heç bir təminat yoxdur”. “Böyük yeddilik” ölkələrinin Rusiya neftinin idxalından tədricən imtina etmək və ya ona embarqo tətbiq etmək barədə öhdəlik götürdüyü G7 ölkələrinin liderlərinin görüşündən sonra Şolts həm də qeyd etmişdi ki, “Rusiyanın şərtləri ilə sülh qəbul edilə bilməz”.

Eyni zamanda, Xorvatiya prezidenti Zoran Milanoviç qarşıdakı Madrid sammitində Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoyacağını bildirib.

Qeyd edək ki, Finlandiyanın Rusiya ilə 1300 kilometr sərhədi var və onun hərbi ittifaqa daxil olması NATO-nu birbaşa Rusiyanın eşiyinə gəlməsi deməkdir.

Rusiya-Moldova münasibətlərində də gərginlik artır. Belə ki, mayın 9-da Moldovanın baş naziri Nataliya Qavrilitsa bildirib ki, Kişinyov BMT-yə arxalanaraq Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasına nail olmaq, eləcə də Dnestryanı nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulmasına diqqət çəkmək istəyir.

Qeyd edək ki, aprelin sonu - may ayının əvvəllərində Dnestryanıda baş verən silsilə partlayışlardan və Ukrayna ilə sərhəddə qeydə alınan atışmadan sonra Rusiyanın Moldovanı işğal etmək üçün plan hazırladığı barədə xəbərlər getdikcə tez-tez yayılmağa başlayıb. Rusiyanın Moldovaya mümkün təcavüzü ilə bağlı məqalə Britaniyanın nüfuzlu “The Times” nəşri tərəfindən də dərc edilib, baxmayaraq ki, məqalə müəllifləri müstəqil mənbələrdə bu məlumatları təsdiq edə bilmirlər.

Xatırladaq ki, Moldovanın keçmiş baş naziri Yuri Lnke bu yaxınlarda Rusiya ordusunun “ölkə sərhədlərinə yaxınlaşacağı təqdirdə” respublikanın Rumıniya ilə birləşməli olduğu fikrini bildirmişdi. Daha sonra Moldova və Rumıniyanın birləşməsini Moldova prezidenti Maya Sandu da istisna etmədi, amma əgər bu, Moldova xalqı tərəfindən dəstəklənsə. Bu iki ölkənin birləşməsi baş verərsə, Moldova ərazisinə təcavüz Rumıniyanın hərbi reaksiyasına səbəb olacaq və bu halda Rusiya ilə NATO arasında müharibə qaçılmaz olacaq.

Dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Moldova və Dnestryanı bölgədəki hadisələri “şahin kimi” izləyir, Avropa Şurasının prezidenti Şarl Mişel isə qeyd edib ki, Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göstərmək imkanını nəzərdən keçirir.

Böyük Britaniya, Kanada, Fransa, Almaniya, ABŞ, eləcə də İranın bütün vətəndaşlarının Moldova və Dnestryanı ərazini mümkün qədər tez tərk etmələrini tələb etməsi də mümkün eskalasiyadan xəbər verir.

Bəs belə şəraitdə Rusiya nə edə bilər? Onun sərhədləri ətrafında NATO çəmbəri  sürətlə daralır və Rusiya Çinin simasında yeganə güclü müttəfiqə arxalana bilmir. Pekin dəfələrlə rəsmi olaraq neytrallığını bəyan edib və Qərb ölkələrini vəziyyəti gərginləşdirməməyə çağırmaqla kifayətlənib. Lakin Çin açıq şəkildə Rusiyanın tərəfinə keçməyəcək və ondan hərbi yardım gözləməyə dəyməz. Ölkənin onsuzda Tayvan məsələsinə görə Birləşmiş Ştatlarla münasibətləri son dərəcə gərginləşib. Dünya bazarında mövcud vəziyyət Pekinin xeyrinədir, Rusiya ilə açıq müttəfiqlik olacağı təqdirdə isə ABŞ və digər ölkələrin mümkün sanksiyaları Çin iqtisadiyyatına mənfi təsir göstərəcək. Xüsusilə indi Çinin əmək bazarında mürəkkəb vəziyyətlə üzləşə biləcəyi bir vaxtda. Ölkənin iki ən mühüm şəhərində - Pekin və Şanxayda və başqa yerlərdə sərt karantin tədbirləri artıq dünyanın ikinci ən böyük iqtisadiyyatına təzyiq göstərir, qlobal təchizat zəncirini pozur və inflyasiya risklərini artırır.

Belə olan halda KTMT-nin NATO-nun genişlənməsinə necə reaksiya verəcəyi sualı yaranır. Təbii ki, Rusiya silahlı hücuma məruz qalacağı təqdirdə, KTMT ölkələri Kollektiv Təhlükəsizlik Müqavilənin 4-cü maddəsinə uyğun olaraq, dərhal ona lazımi yardımı, o cümlədən hərbi yardımı göstərməli olacaq. Lakin bu bənd üzv ölkələrdən birinin özünün hərbi münaqişəyə səbəb olduğu hallara şamil edilmir. Müqavilənin 7-ci maddəsinə əsasən, iştirakçı dövlətlərin ərazisində kollektiv təhlükəsizlik sistemi obyektlərinin yerləşdirilməsi və istismarı xüsusi razılaşmalarla tənzimlənir. Nəzəri cəhətdən Rusiya NATO kimi, təşkilata üzv olan digər ölkələrlə öz hərbi kontingentini onların ərazilərində yerləşdirməsi barədə razılaşa bilər, lakin Şimali Atlantika Alyansı ilə qarşıdurma yaranarsa, bunun elə də bir əhəmiyyəti olmayacaq. Xatırladaq ki, KTMT-yə Rusiyadan başqa Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir. Belarus və Ermənistan istisna olmaqla, Rusiyanın KTMT üzrə digər müttəfiqlərinin NATO ölkələri ilə sərhədləri yoxdur. Ermənistana gələndə isə əksinə, hər an arxadan bıçaq zərbəsi gözləmək olar.

Ədalət naminə qeyd etmək lazımdır ki, Rusiya istisna olmaqla KTMT-nin digər üzvlərinin hərbi potensialı həm kəmiyyət, həm də keyfiyyət baxımından NATO üzvü olan ölkələrdən xeyli aşağıdır. Həm də əvvəlcədən KTMT hərbi deyil, daha çox müqaviləli-siyasi təşkilat idi. Tamamilə aydındır ki, KTMT yeni Varşava Müqaviləsi Təşkilatı ola, yaxud NATO ilə bərabər səviyyədə rəqabət apara bilməz. Qazaxıstan və Qırğızıstan kimi ölkələr çətin ki, NATO ilə açıq qarşıdurmaya girməyə can atsınlar, Tacikistanın isə qonşu Talibanla kifayət qədər problemləri var.

Buna görə də Rusiya ilə NATO arasında silahlı toqquşma baş verərsə, o zaman Rusiya bu qarşıdurmada demək olar ki, tək qalacaq. Yalnız bu halda Rusiya KTMT-dən çox öz nüvə potensialına güvənəcək...

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Xarici siyasət

F-16 istəyirsənsə...

05 Oktyabr 10:30

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 Oktyabr 10:25

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31