Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycandan Avropaya bu il 3,5 mlrd. kubmetr qaz ixrac edilib

Azərbaycandan Avropaya bu il 3,5 mlrd. kubmetr qaz ixrac edilib

12.05.2022 [11:51]

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib.

Məlumata görə, Türkiyəyə Trans-Anadolu boru kəməri (TANAP) ilə bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Qeyd olunur ki, cari ilin 4 ayı ərzində ölkədə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,6 milyard kubmetri “Azəri-Çəraq-Günəşli” yataqlar blokundan, 8,5 milyard kubmetri “Şahdəniz” qaz-kondensat yatağından, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz, yəni 2 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Xarici siyasət

F-16 istəyirsənsə...

05 Oktyabr 10:30

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 Oktyabr 10:25

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31