Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşı həbs edilib

Qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşı həbs edilib

12.05.2022 [14:49]

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

"Aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Şıxıyev Bəxtiyar Səttərxan oğlunun ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir", - məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 235 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

170 il öncə...

24 Sentyabr 12:30

MEDİA

Xəbər lenti

Analitik

Sosial

Tarıxı qələbəmiz

24 Sentyabr 10:40

Xəbər lenti

Bir sorğunun izi ilə...

24 Sentyabr 10:30

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 Sentyabr 10:18

Gündəm

Xəbər lenti

Jurnalistlər seçirlər...

24 Sentyabr 10:08  

Xəbər lenti

Maraqlı

İqtisadiyyat

Dollar bahalaşır?

23 Sentyabr 10:55

Siyasət

MEDİA

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30