Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İqtidar-müxalifət siyasi dialoqu çərçivəsində növbəti görüş Azərbaycan Naminə Alyans Partiyasının sədri ilə keçirilib

İqtidar-müxalifət siyasi dialoqu çərçivəsində növbəti görüş Azərbaycan Naminə Alyans Partiyasının sədri ilə keçirilib

17.05.2022 [15:05]

Mayın 17-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə son illər ölkədə aparılan məqsədyönlü islahatlar, bu islahatların ölkəmizin güclənməsinə, insanlarımızın rifah halının yaxşılaşmasına müsbət təsirləri, genişmiqyaslı islahatların məntiqi davamının yeni siyasi konfiqurasiyanın formalaşmasında özünü göstərməsi və nəticədə iqtidar-müxalifət siyasi dialoqunun dərinləşməsi prosesinin davam etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan və ölkəmizdə fəaliyyət göstərən bütün əksər siyasi güclərin cəlb olunduğu siyasi dialoq prosesinin əhəmiyyəti haqqında danışan şöbə müdiri Ədalət Vəliyev qeyd edib ki, bu proses ali siyasi iradənin ifadəsidir və bu prosesin davamlı olması dövlətçiliyimizin möhkəmlənməsi baxımından çox önəmlidir.

Şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra işğaldan azad edilmiş torpaqların yenidən qurulması, postpandemiya dövründə ölkəmizin iqtisadi gücünün artırılması, əhalinin sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində atılan addımların müsbət nəticələri, ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə tədbirləri barədə danışıb və bu çoxşaxəli proseslərdə siyasi dialoq çərçivəsində müxalifət partiyalarının iştirak etmək istəklərini yüksək dəyərləndirib.

Görüş zamanı Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Vətən müharibəsi Zəfəri və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən uğurlu xarici siyasətin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə böyük töhfə verdiyini, haqlı mübarizədə dünya dövlətlərinin ölkəmizi dəstəklədiyini vurğulayıb və bunun Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin əsas səbəbi olduğunu bildirib. Ölkədə aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu, həmçinin siyasi dialoqun dövlətçilik, milli birlik üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Abutalıb Səmədov bu istiqamətdə rəhbərlik etdiyi partiyanın ümumi işə daim dəstək vermək istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.

Tərəflər siyasi dialoq prosesi çərçivəsində gündən-günə inkişaf edən və davamlı şəkil alan əməkdaşlığın qısa zamanda müsbət nəticələr verdiyini, bunun gələcəkdə ölkəmizə qarşı baş verə biləcək xarici təhdidlərin aradan qaldırılması üçün xalqımızın birliyini simvolizə edəcəyinə əminlik ifadə edib.

Sonda Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ölkədə aparılan siyasi dialoq prosesinin inkişafına xidmət edən görüşə dəvət edildiyi üçün öz təşəkkürünü bildirib.

Paylaş:
Baxılıb: 411 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30