Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İCESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

İCESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

20.05.2022 [17:38]

Mayın 20-də mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

Mədəniyyət Nazirliyindən  verilən xəbərə görə, nazir qonağı salamlayaraq Şuşada keçirilən "Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına görə minnətdarlığını bildirib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki də öz növbəsində dəvət üçün mədəniyyət nazirinə dərin təşəkkürünü bildirərək, Azərbaycanla İCESCO arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Tərəflər İCESCO-nun islam dünyasının birliyi və həmrəyliyi yolunda verdiyi töhfələrin önəmini vurğulayıblar. Anar Kərimov Baş Katibin tarixi zəfərimizdən sonra Qarabağ ərazisinə səfərini yüksək dəyərləndirdiyini nəzərə çatdırıb. Həmçinin Şuşanın 2023-cü ildə Türk dünyasının paytaxtı elan olunmasının tarixi hadisə olduğunu vurğulayıb.

Sonda Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında İCESCO-nun Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb. Sazişə əsasən İCESCO təşkilatın regional ofisini Bakı şəhərində yerləşdirməklə İCESCO və onun üzv dövlətləri arasındakı münasibətləri gücləndirmək və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək əhəmiyyətini daşıyacaq.

Paylaş:
Baxılıb: 378 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30