Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tarix müəyyənləşdirilib - 2025-ci il

Tarix müəyyənləşdirilib - 2025-ci il

21.05.2022 [09:56]

Taxılçılıqda idxaldan ixraca doğru...

Mübariz ABDULLAYEV

Son vaxtlar qlobal miqyasda cərəyan edən arzuolunmaz proseslər, hərbi-siyasi gərginliyin artması, o cümlədən iqlim dəyişikliyi ərzaq təhlükəsizliyini bütün dünya üzrə bir nömrəli məsələyə çevirib. Baş verənlər fonunda qlobal ərzaq bazarında tələbin təklifi üstələdiyi müşahidə edilir ki, bu da qıtlığa və qiymətlərin artmasına yol açır. Belə şəraitdə ölkələr ərzaq tədarükü görmək, ehtiyatlarını artırmaq  barədə düşünür və buna nail olmaqdan ötrü yollar arayırlar.

Dünyanın çörək imtahanı

Bütün dönəmlərdə çörək qıtlığı insanlar üçün ən ağır sınaq sayılıb. Deyə bilərik ki, hazırda dünya məhz çörək imtahanı ilə üz-üzə qalıb. Bu, ilk növbədə onunla əlaqədardır ki, dünya üzrə ən böyük taxıl istehsalçıları sırasında yer alan iki ölkə - Rusiya və Ukrayna müharibəyə cəlb olunublar. Keçən il Ukraynanın buğda ixracı potensialı 14, Rusiyanın isə müvafiq pozisiya üzrə göstəricisi 30 milyon ton olub. Müharibə səbəbindən cari ildə Ukraynada taxıl əkilən ərazilər azalıb. Eyni zamanda, bu ölkənin limanlarında yük aşırmaları, eləcə də taxıl daşınması mümkünsüz olub. Müharibə tərəfi olan Rusiya isə ölkədən taxıl ixracını məhdudlaşdırıb. İki böyük  istehsalçı ölkədən taxıl ixracının məhdudlaşması dünyada bu məhsula tələbatın ödənilməsində ciddi problemlər yaradıb.

Taxıl istehsalçısı olan bir sıra digər ölkələrdə də problemlər baş qaldırıb. 2021-ci ildə Kanada və ABŞ-ın hər biri 26 milyon ton, Fransa 19 milyon ton buğda ixracı imkanında olublar. Bu il isə ABŞ-da əlverişli qiymət konyukturu şəraitində fermerlər buğda əkinlərinin sahəsini genişləndirməyə çalışsalar da, müşahidə olunan quraqlıq məhsuldarlığın aşağı düşməsini şərtləndirir. Eyni vəziyyət Fransada da müşahidə olunur. Əsas ixracatçılardan yalnız Kanadada iqlim şərtləri istehsalı artırmaq üçün əlverişli hesab olunur. Avstraliyada isə limanların artıq ixracı ötürmək imkanı olmadığına görə ölkə buğda istehsalını artıra bilmir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) proqnozlarına əsasən, cari mövsümdə qlobal buğda istehsalı 4,5 milyon ton azalmaqla 774,8 milyon ton təşkil edəcək. Taxıl istehlakı isə 787,5 milyon ton həcmində proqnozlaşdırılır. Nəticədə, istehlak istehsalı üstələdiyinə görə dünyada buğda ehtiyatları son 6 ildə ən aşağı səviyyəyə - 267 milyon tona düşəcək. Belə vəziyyət dünya ölkələri qarşısında buğda tədarükü və istehsalı ilə bağlı ciddi çağırışlar qoyub.

Azərbaycanın hədəfi

Respublikamızın  illik buğda tələbatı 3,5 milyon tondur. Ancaq yerli istehsal tələbatdan xeyli geri qalır. Belə ki, taxıla olan daxili tələbatın yalnız 60 faizi yerli istehsal hesabına qarşılanır. Ərzaqlıq buğda təminatı isə bundan da aşağı, cəmi 25 faiz səviyyəsindədir. İstehlakın qarşılanması üçün respublikamız bir sıra ölkələrdən, əsasən də qonşu Rusiyadan taxıl idxal edir.

Bəs qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan kifayət qədər buğda tədarükünə nail olmaq üçün qarşıya hansı hədəfləri qoyub? Ən mühüm hədəflərdən biri daxili istehsalın genişləndirilməsi ilə bağlıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov “Yeni Azərbaycan”a açıqlamasında respublikamızda taxıl istehsalını artırmaq imkanlarının geniş olduğunu bildirib. O, bu xüsusda fikirlərini ifadə edərək vurğulayıb: “Azərbaycan bu gün ərzaqlıq buğdanı idxal etsə də, gələcəkdə ölkə təl?batını ödəmək potensialına malik olacaq. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərin 600 min hektarı kənd təsərrüfatı təyinatlı torpaqlardır. Digər regionlarımızda da əsas fəaliyyət və istehsal istiqaməti aqrar sektordur. Ölkə üzrə bütün əkinə yararlı sahələrdən səmərəli istifadə olunması kənd təsərrüfatı məhsullarının istehsalının bir neçə dəfə artırılmasına imkan verəcəkdir. Aqrar sahədə orta məhsuldarlığın aşağı səviyyədə olmasının əsas səbəbi təsərrüfatların suvarma suyu ilə vaxtında təmin olunmaması və aqrotexniki qaydalardan lazım səviyyədə istifadə edilməməsi ilə bağlıdır. Taxılçılıq pozisiyasına gəldikdə, hazırda  Azərbaycan bu məhsula olan tələbatının 1,4 milyon tonunu idxal hesabına ödəyir. Amma mövcud resurslardan səmərəli istifadə olunması və innovasiyaların tətbiqi ölkəmizi taxıl idxalından azad edə bilər. Bu gün iri fermer təsərrüfatlarında 70 sentnerə qədər orta məhsuldarlıq əldə olunur. Digər təsərrüfatlarda isə məhsuldarlıq aşağıdır. Biz ölkə üzrə orta məhsuldarlığı 40 sentnerdən yuxarı artıra bilsək, respublikamız taxıl təchizatında idxaldan azad ola bilər”.

İsrail təcrübəsi və perspektivlər

Son vaxtlarda Azərbaycanın və İsrailin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələri intensivləşib. Aparılan müzakirələrdə, eyni zamanda, ölkəmizdə taxılçılıq sahəsində İsrailin aqrar sektordakı təcrübəsindən istifadə olunması önə çəkilir. Kənd təsərrüfatına yara?lı torpaqları məhdud olan bu ölkədə istehsal göstəriciləri təzadlı dərəcədə yüksəkdir. Ölkə kənd təsərrüfatı məhsullarına tələbatını əsasən yerli istehsal hesabına ödəyir. İsrailin aqrar sektordan ixrac həcmləri də kifayət qədər böyük rəqəmlərlə ölçülür. Bəs ölkə məhdud imkanlar daxilində buna necə nail olub? Cavab birmənalıdır: Burada aqrar sektorda innovasiyaların, texnologiyaların tətbiqi geniş vüsət alıb. Su ehtiyatlarından maksimum səmərə ilə istifadə olunur. Bitkilərin qidalandırılmasında mütərəqqi metodların tətbiqinə “yaşıl işıq” yandırılır. Nəticə özünü məhsuldarlığın artmasında göstərir.

Hazırda İsrail təcrübəsinin respublikamızda hansı istiqamətlərdə tətbiq olunması imkanları araşdırılır. Potensial sahələrdən biri taxılçılıqdır. ?srailli mütəxəssislər respublikamızda taxıl istehsalının artırılması imkanlarının geniş olduğunu bildirirlər. Bu ölkənin respublikamızdan taxıl idxalı həyata keçirmək niyyətini ifadə etməsi də bu inamın təzahürüdür. Hətta Azərbaycandan İsrailə taxıl ixracının həyata keçiriləcəyi tarix də müəyyənləşdirilib - 2025-ci il. Niyyətin haradırsa, mənzilin də oradır, deyiblər. “Aqrar sahədə uğur qazanmış İsrail ilə bu sahədə əməkdaşlığımız bizə yeni persp?ktivlər vəd edir. Bakıda keçirilən İsraillə Azərbaycan arasında iqtisadi əməkdaşlığa həsr olunmuş  biznes forumda  respublikamızın aqrar sektorunun inkişafında bu ölkə ilə müştərək fəaliyyətin həyata keçirilməsi məsələsi müzakirə olundu. İsrail aqrar sahədə müasir innovasiyalara malikdir. Həm də İsrailin təcrübəli mütəxəssisləri olduğundan bu ölkə yeni kadrlarımızın hazırlanmasında da yaxından iştirak edəcək. Belə ki, bu ilin sentyabrından başlayaraq 50 tələbənin İsrailə aqrar sektorda müasir innovasiyaların tətbiqinin öyrənilməsi üçün göndərilməsi nəzərdə tutulur. Hesab edirəm ki, İsraillə bu sahədə əldə olunmuş razılığa əsasən işğaldan azad olunmuş ərazilərdə müasir texnologiyalar gətirilib tətbiq edilməklə taxıl əkilməsi qısa zaman kəsiyində ölkəmizi idxaldan azad edəcək və taxıl ixracı imkanlarımız yaranacaq. Yeni texnologiyaların tətbiqini genişləndirməklə Azərbaycan 2025-ci ildə İsrailə taxıl ixrac etməyi planlaşdırır. Təbii ki, bu planlar ölkələrimizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox əhəmiyyətli olacaqdır. Ərzaq təhlükəsizliyinin prioritetliyinin artdığı indiki dövrün çağırışı belədir:  Hansı ölkələr ki, müasir innovasiyalı texnologiyalar tətbiq etməklə öz istehsal sahələrini yenidən quracaqlar, o ölkələrdə də ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaqdır. Hesab edirəm ki, 2025-ci ildə Azərbaycan aqrar sahədə öndə gedən ölkələrin sırasında yer alacaq”, - deyə Milli Məclisin deputatı Azər Badamov vurğulayıb.

Paylaş:
Baxılıb: 221 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31