Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kənd təsərrüfatının gələcəyi - smart aqro

Kənd təsərrüfatının gələcəyi - smart aqro

24.05.2022 [10:21]

Mübariz ABDULLAYEV

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı digər sahələr kimi, aqrar sektora da nüfuz etməkdədir. Artıq kənd təsərrüfatında əkin-biçinlərin aparılması, nəzarətin həyata keçirilməsi, məhsul yığımı və başqa proseslərlə bağlı ənənəvi təsəvvürlər keçmişdə qalıb. Birmənalı şəkildə demək mümkündür ki, kənd təsərrüfatının gələcəyi smart aqro ilə bağlıdır. Müasir dövlət kimi inkişaf edən Azərbaycan ölkə həyatının bütün sahələrində olduğu kimi, aqrar sektorda da innovasiyaların, müasir texnologiyaların, yanaşmaların tətbiqinə daim “yaşıl işıq” yandırır. Bu baxımdan mayın əvvəlində Bakıda “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın keçirilməsi təqdirəlayiq haldır. Konfrans çərçivəsində “Kənd təsərrüfatında rəqəmsallaşma: İrəliyə doğru yol, adaptasiya üçün yanaşmalar və qabaqcıl təcrübələr” mövzusunda nazirlərin Toplantısı keçirilib. Kənd təsərrüfatında innovativ həllərin tətbiqi mövzusu, həmçinin mayın 18-20-də Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” sərgisində də aktual mövzular sırasında yer alıb.

Qlobal səviyyədə yeni çağırış

Aqrar sektorda İKT inkişafına əsaslanan innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi zamanın çağırışıdır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Biz qlobal miqyasda sürətli dəyişikliklərin baş verdiyinin şahidiyik. Ancaq bir sıra hallarda proseslər aqrar sektor üçün arzuedilən olmur. Baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə buna ən bariz nümunədir. Eyni zamanda, mənfi təsirlər fonunda kənd təsərrüfatı məhsullarına tələbat artır.  Yuxarıda xatırlatdığımız toplantında qeyd olunduğu kimi, iqlim dəyişikliyi təzyiqi altında məhdud və azalan təbii ehtiyatlardan istifadə edərək 2050-ci ilə qədər təxminən 10 milyard əhalinin qida ilə təmin olunması əsl sınaqdır. 2019-cu illə müqayisədə 2020-ci ildə qlobal kənd təsərrüfatı torpaqlarının sahəsi 3 faiz azalıb. Əhalinin artması fonunda 2000-2019-cu illərdə adambaşına düşən əkin sahələri bütün regionlarda 17 faiz kiçilib.

Dünya üzrə kənd təsərrüfatına yararlı sahələrin azalması fonunda məhsul istehsalının təxminən 53 faiz artması diqqət çəkir. Bəs buna necə nail olunub? Cavab birmənalıdır: Aqrar sektorda innovativ həllərin, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi yolu ilə. Belə demək mümkündürsə, artıq aqrar sektorda sürətli sənayeləşmə prosesi gedir və bunun müsbət nəticəsini məhsuldarlığın artmasında görürük. Belə konveyer metodlarının tətbiqi olmadan qlobal miqyasda artan ərzaq tələbatını qarşılamaq əsla mümkün deyil.

Son illərdə Azərbaycanda da aqrar sektor innovativ tətbiqlər əsasında inkişaf etdirilir.  Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması və dayanıqlı kənd təsərrüfatının qurulması prioritet hədəflər kimi müəyyənləşdirildiyindən investisiyaların əsas hissəsi məhz rəqəmsal və ağıllı kənd təsərrüfatına transformasiyaya yönəldilir. Respublikamızda əsas dövlət dəstəyi mexanizmləri müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqi üçün innovasiya tərəfdaşlarının stimullaşdırılmasına istiqamətlənib. Fermerlər müxtəlif vasitələrlə rəqəmsal texnologiyalardan istifadə etməyə təşviq olunurlar. Yeri gəlmişkən, “Caspian Agro” sərgisində ağıllı kənd, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqaməti təqdim edilib.

Ölkədə müasir tətbiqlər

İnnovativ texnologiyalar aqrar sektorda istehsal imkanlarının genişləndirilməsi üçün yeni imkanlar açır. Məsələn, sərgidə İtaliyanın Maschio Gaspardo şirkətinin təqdimatı azərbaycanlı fermerlər tərəfindən böyük maraqla qarşılanıb. Şirkət sərgidə öz sinfində unikal olan Gaspardo Campo 32 dərmansəpəni nümayiş etdirib. Bu dərmansəpən xüsusi ölçü, nəzarət və hidravlik açılan qolların üzərində yerləşən hava yastıqları mexanizmləri vasitəsilə pestisid tətbiqinin daha səmərəli şəkildə həyata keçirilməsini təmin edir.

Sərgidə “Smart Agro” stendində Aqroservis ASC tərəfindən “Robotti” texnikası təqdim olunub. Regionda bir ilk olan bu texnika, hətta dünya səviyyəsində belə cəmi bir neçə ölkədə pilot layihə kimi sınaqlardan keçirilir. Danimarkanın Agrointelli şirkətinin istehsalı olan “Robotti” heç bir sürücünün və idarəedicinin köməyinə ehtiyac olmadan avtonom şəkildə çalışan və traktoru əvəz edən innovativ bir aqrorobotdur. Bu aqrorobot ağıllı idarəetmə sistemilə təchiz edilib ki, bu da “Robotti”yə heç bir müdaxilə olmadan sahə üzrə optimal marşrut seçərək işləri icra etməyə imkan yaradır.

Son vaxtlarda respublikamızın müxtəlif bölgələrində innovasiya festivallarının keçirilməsi ənənəvi hal alıb ki, bu da Azərbaycanın yeni reallıqları ilə bağlıdır. İndiyədək belə tədbirlər Lənkəranda, Füzulidə, Hacıqabulda və digər ünvanlarda baş tutub. Cari ildə Kənd təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qubada keçirilən innovasiya festivalında kənd təsərrüfatı məhsulu istehsalçıları üçün intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, soyuducu kamera, zərərvericilərə qarşı mübarizə vasitələri, yem konteyneri, aqrodron, aqrorobot, həmçinin alternativ yem bitkiləri kimi çoxçeşidli innovativ məhsul və avadanlıqların təqdimatı olub. Aqrar İnnovasiya Mərkəzindən “Yeni Azərbaycan”a bildir?lib ki, əvvəlki təqdimatlardan fərqli olaraq bu festivalda digər iştirakçılarla yanaşı, Bərpa Olunan Enerji Mənbələri Dövlət  Agentliyi, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC və 10-a yaxın yerli şirkət öz innovativ məhsul və texnologiyalarını nümayiş etdirib. Qəzetimizə verilən məlumatda vurğulanır ki, yerli mütəxəssislər tərəfindən istehsal olunan “sublimator” arı pətəyinin təmassız olaraq dərmanlanması prosesini həyata keçirən qurğudur. Festivalda nümayiş etdirilən “Solis rotovator” adlanan qurğu kiçik bağ traktorlarına qoşulur, şum edildikdən sonra torpağın doğranması və hamarlanması üçün istifadə edilir. “Smart Moles” sensoru innovativ kök nəmlik sensor sistemidir. Quşqovan aparat isə xüsusi elektromaqnit şüaları buraxmaqla quşlara təsir göstərərək onları ərazidən uzaqlaşdırır.

Zəngilanda ilk “ağıllı kənd”

Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad olunan əraziləri Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq “ağıllı kənd” və “ağıllı şəhər” konsepti əsasında bərpa olunur. Artıq Zəngilan rayonunun Ağalı kəndində ilk belə layihənin icrası tamamlanmaq üzrədir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılıb. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla fərdi evlərin tikintisi həyata keçirilib. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulub. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Paylaş:
Baxılıb: 205 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31