Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda TDT İKT nazirlərinin xüsusi iclası keçiriləcək

Bakıda TDT İKT nazirlərinin xüsusi iclası keçiriləcək

24.05.2022 [11:13]

Türk Dövlətləri Təşkilatının (TDT) informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin Bakıda xüsusi iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

Mayın 26-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ev sahibliyi və TDT-nin Baş katibi Bağdad Amreyevin moderatorluğu ilə keçiriləcək iclasda TDT-yə üzv və müşahidəçi dövlətlərin informasiya və kommunikasiya texnologiyaları üzrə nazirləri iştirak edəcək.

Bildirilib ki, nazirlər, yüksək vəzifəli dövlət rəsmiləri və ekspertlər TEKNOFEST turunda iştirak edəcək və tədbirin müxtəlif pavilyonlarını ziyarət edəcək.

İclasda rəqəmsal infrastrukturun inkişafı, Elektron hökumət və Kibertəhlükəsizlik alt işçi qrupları çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq; İKT infrastrukturunun inkişafı üzrə birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq; “Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında İKT sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi; TDT-nin üzv dövlətlər arasında “Ümumi Mobil Cihaz Qeydiyyat Sistemi”nin hazırlanması; “TDT Rəqəmsal İnnovasiya Kataloqu”nun hazırlanması layihəsi müzakirə olunacaq.

İclasda həmçinin Azərbaycan və Türkiyədən olan İKT ekspertlərinin birgə təqdimatı olacaq.

Paylaş:
Baxılıb: 169 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31