Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bir millət – iki dövlət kəlamı müasir dövrdə Azərbaycan – Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir

Bir millət – iki dövlət kəlamı müasir dövrdə Azərbaycan – Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir

02.06.2022 [14:51]

Türk Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət – iki dövlət” möhtəşəm kəlamları müasir dövrdə Azərbaycan – Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir.

Tarix boyu Azərbaycan və Türkiyə hər zaman həm çətin, həm də şad günlərdə bir-birinin yanında olub. 1918-ci ildə Bakının daşnak bolşevik işğalından azad edilməsində türk general və əsgərləri böyük sücaət göstəriblər. Məhz Türkiyənin dəstəyi ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü təmin olunmuş, bolşeviklərin, daşnakların Bakı və ətraf rayonlarda ağalığına son qoyulmuşdur. Böyük Çanaqqala savaşında minlərlə azərbaycanlı türklərlə birlikdə vuruşaraq şəhid olublar. 70 illik sovet hakimiyyəti illərində bu tarix gizlədilmiş, yanlış təqdim olunmuşdur. Lakin Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmamışdır. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi bizim günlərdə böyuk ehtiram hissləri ilə öyünclü bir qəhrəmanlıq tarixi kimi yad edilir.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdi. Bu birlik, təsadufi deyil ki, regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda, dünyanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradır.

Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə Türkiyə hər zaman Azərbaycanın yanında oldu və Ermənistanın işğalçı bir dövlət olduğunu bəyan etdi. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan və Türkiyə hər zaman eyni mövqedən çıxış ediblər. Cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan bütün dünyaya bəyan etdilər ki, Azərbaycan-Türkiyə dost və qardaş dövlətlərdir.

Bir neçə gün öncə Bakıda keçirilən “Texnofest” festivalı ölkəmizin ictimai-siyasi həyatı üçün böyük bir hadisə idi. Bu qəbildən olan ilk və ən önəmli tədbir kimi bizim tariximizdə qalacaq. “TEXNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə arasındakı qardaşlıq, dostluq münasibətlərinin yeni salnaməsidir. Baş vermiş son tarixi proseslər isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü "Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak edən Azərbaycan və Türkiyə Prezidentləri iki dost, qardaş, müttəfiq ölkənin keçdiyi inkişaf yoluna nəzər salıb əzəli və əbədi qardaşlığımızı şərtləndirən amilləri açıqladılar, mühüm məqamlara toxunub olduqca əhəmiyyətli mesajlar verdilər.“TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı. “TEKNOFEST” birliyimizin növbəti nümayişi, təzahürüdür” söyləyən dövlət başçısı cənab İlham Əliyev, həmçinin bildirdi ki, “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaq. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu və gələcəkdə də daim bir yerdə olacaqlar. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 104-cü ildönümündə Bakıda keçirilən dünya şöhrətli “TEXNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı, bu festifalda Azərbaycan və Türkiyə prezidentlərinin tarixi çıxışları bizi- bütün türk dünyasını duyğulandırdı, qürurlandırdı, şərəfləndirdi. Bakıdan bütün dünyaya qoşa qanada çevrilmiş ay ulduzlu bayraqlarımızın altında dostluq və qardaşlığın ən gözəl nümunəsinin mesajı verildi. Bu festivalın gənclərimizin müasir texnoloji biliklərə yiyələnməsi baxımından böyük maarifləndirici əhəmiyyəti var. Digər tərəfdən burada hərbi texnologiyanın, döyüş və müdafiə silahlarının, o cümlədən hava hücumu və hava hücumundan müdafiə vasitələrinin nümayiş etdirilməsi bir daha qardaş Türkiyənin və Azərbaycanın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyətli oldu.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Paylaş:
Baxılıb: 368 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31