Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hultqvistin PKK “sevgisi”

Hultqvistin PKK “sevgisi”

07.06.2022 [09:51]

Ərdoğan müdafiə nazirinin istefaya göndərilməsini tələb edib?

N.TUNAR

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı öz mövqeyini dəyişməyib. Rəsmi Ankara tələb edir ki, İsveç və Finlandiya PKK-ya dəstəyini dayandırmalı, bu terror təşkilatının digər qanadlarını maliyyələşdirməməli və onları terrorçu kimi tanımalıdır.

Bu arada Ukraynanın “Expressen” nəşri xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin baş naziri Maqdalena Anderssonun müdafiə naziri Peter Hultqvisti istefaya göndərməli olduğunu deyib. Nəşrin yazdığına görə, Prezident Ərdoğan İsveç hökumətinə Hultqvistin 10 il əvvəl ziyafətdə verdiyi və Kürdüstan Fəhlə Partiyası və onun həbsdə olan lideri Abdullah Öcalanı təqdir edən bəyanatını xatırladıb. Bəs bu hadisə necə baş verib? Hələ 2011-ci ildə o zaman Sosial Demokratlar Partiyasından millət vəkili olan Hultqvist Burlanqe şəhərində PKK-nın 33-cü ildönümünə həsr olunmuş gecəyə qatılıb. O, həmin vaxt kürdləri qorumaq istədiyi üçün tədbirə qatıldığını bildirib. Xüsusilə, Hultqvist  kürd dilinin Türkiyədə rəsmi dil kimi tanınması istiqamətindəki səylərində sonradan Demokratik Bölgələr Partiyası adlandırılan Kürd Sülh və Demokratiya Partiyasına dəstək göstərmək istəyib.

“Türkiyə Hultqvistin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmasını istəyir” deyən mənbə “Expressen”ə bildirib ki, məsələ İsveç və Türkiyə hökumətlərinin nümayəndələri arasında təmaslar zamanı qaldırılıb.

Ərdoğan daha əvvəl bildirmişdi ki, Ankaranın terrora, ilk növbədə, Kürdüstan Fəhlə Partiyasına dəstəyini dayandırmaq tələbləri yerinə yetirilməyənə qədər İsveç və Finlandiya NATO-ya üzv olmayacaq.

Ankara İsveç və Finlandiyadan Türkiyə hakimiyyətinin terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasını açıq şəkildə pisləməyi və bu ölkələrin Aİ-nin bir neçə digər üzvü ilə birlikdə Türkiyəyə qarşı silah ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmağı tələb edir.

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31