Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib

YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib

09.06.2022 [11:41]

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon, İ.Dadaşov küçəsi 70A ünvanında yerləşən ərazi  partiya  təşkilatında görüş keçirildi.

Görüşü giriş sözü ilə açan ərazi partiya təşkilatının üzvü, Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutunun direktoru Elbrus Paşayev partiya üzvlərini salamladı. O, Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi, siyasi, sosial islahatlardan bəhs etdi. O, həmçinin rəhbərlik etdiyi institutun fəaliyyətindən danışaraq xalqımıza göstərilən xidmətin səviyyəsinin günbəgün daha da artdığını bildirdi. Ərazi partiya təşkilatının üzvü kimi partiyanın fəaliyyətində yaxından iştirak etdiyini, ictimai proseslərdə bundan sonra da fəal şəkildə iştirak edəcəyini diqqətə çatdırdı.

Ərazi partiya təşkilatının üzvü, Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutunun mühəndisi İlqar Salmanlı çıxışında Azərbaycanın uğurlarından danışaraq bu uğurların hər bir vətəndaşımızda qürur hissləri oyatdığını qeyd etdi. Dövlət başçısı, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və partiyamızın daha yüksək nailiyyətlərə imza atacağına inamını bildirdi. Ərazi partiya təşkilatının üzvü kimi partiya tərəfindən qarşıya qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyini vurğuladı.

YAP Binəqədi rayon  təşkilatnın sədri Vüsar İsmayılov iclasda yekun nitq söyləyərək partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə ətraflı məlumat verdi. Partiyanın yeni qəbul edilən Nizamnaməsi və rayon təşkilatlarının əsasnamələri barədə danışdı. Bildirdi ki, dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və məqsədyönlü islahatlar həyata keçirilir. Bu islahatların nəticəsində dövlətimizin qüdrəti daha da möhkəmlənir, xalqımızın rifah halı daha da yüksəldilir. Vüsar İsmayılov, həmçinin Vətən müharibəsində qazandığımız zəfərdən bəhs edərək vurğuladı ki, tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası müzəffər Ali Baş Komndan İlham Əliyev rəhbərliyi ilə rəşadətli ordumuzun sayəsində mümkün oldu. Rayon təşkilatının bu günkü və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verərək, ərazi partiya təşkilatının daha da uğurlu və keyfiyyətli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da səmərəli qurulması üçün müvafiq tapşırıq və tövsiyyələrini diqqətə çatdırdı.

Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı. İlqar Salmanlı yekdilliklə 8-ci mikrorayon, İ.Dadaşov küçəsi 70A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Könül İsgəndərova isə sədr müavini seçildilər.

Paylaş:
Baxılıb: 368 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30