Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycana turist axını 2 dəfədən çox artıb

Azərbaycana turist axını 2 dəfədən çox artıb

21.06.2022 [12:35]

Bu ilin yanvar-may aylarında Azərbaycana 157 ölkədən 468,1 min və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə “Reprot”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, gələnlərin 24,8 %-i Türkiyə, 24,7 %-i Rusiya, 13,8 %-i İran, 5,6 %-i Gürcüstan, 3,7 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7 %-i Ukrayna, hər birindən 2,4 % olmaqla Hindistan və Pakistan, 1,7 %-i Qazaxıstan, 1,3 %-i Küveyt, 1,2 %-i Böyük Britaniya, 12,9 %-i digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 79,7 %-ni kişilər, 20,3 %ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 505,9 dəfə, Səudiyyə Ərəbistanından - 198,2 dəfə, Küveytdən - 172,8 dəfə, Bəhreyndən - 70,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 69,5 dəfə, Pakistandan - 44,0 dəfə, Hindistandan - 26,5 dəfə, İsraildən - 9,1 dəfə, ABŞ-dan - 6,0 dəfə, Qazaxıstandan - 5,0 dəfə, Almaniyadan - 3,5 dəfə, Fransadan - 3,3 dəfə, Ukraynadan - 2,2 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,1 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 17,7 % artıb.

2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54,0 %-i hava, 44,2 %-i dəmir yolu və avtomobil, 1,8 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30