Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Pirallahı rayonunda 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə idman yarışı keçirilib

Pirallahı rayonunda 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə idman yarışı keçirilib

28.06.2022 [10:56]

26 iyun 2022-ci il tarixində YAP Pirallahı rayon təşkilatı S. Bağırov 3 (V. Mustafazadə adına Mədəniyyət Mərkəzi) ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Pirallahı rayon təşkilatı, Pirallahı Rayon İcra Hakimiyyəti, V.Mustafazadə adına Mədəniyyət Mərkəzi və  Azərbaycan Kosiki Karate Federasiyasının birgə təşkilatçılığı ilə  "26 İyun - Silahlı Qüvvələr Günü"nə həsr olunmuş  yeniyetmə və gənclər arasında Azərbaycan Kosiki Karate Federasiyasının nəzdində olan “ÇEMPİON” Kontakt karate Klubunun birinciliyi üzrə yarış keçirilmişdir.

       Tədbirdə YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı Vüqar Nəsirov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Ramin Məmmədov, Azərbaycan Kosiki Karate Federasiyasının prezidenti Rəfail Bünyatov, Federasiyasının birinci vitse-prezidenti Yuriy Mustafayev, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin atası Elman Nəbiyev, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

       Açılış mərasimində dövlət himni səsləndirilmiş, daha sonra ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

        Tədbirdə çıxış edənlər  Milli Ordumuzun yaranmasının 104-cü ildönümü münasibətilə  tədbir iştirakçılarını təbrik edərək ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdilər. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz indi dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.  Natiqlər 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin keçdiyi şərəfli və qürurlu döyüş yolundan danışaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək xalqımızın düşmən üzərindəki möhtəşəm Zəfərlə şanlı tarix yazdığını vurğuladılar.

        Gənclər arasında fiziki hazırlığın daim yüksək formada saxlanılması və idmana həvəsin artırılması məqsədi daşıyan yarışın sonunda qaliblər diplom, medal və kuboklarla mükafatlandırılmışlar.

        Şagirdlərin ifasında Vətən müharibəsi şəhidi, “ÇEMPİON” Kontakt karate Klubunun fəxri üzvü Elmar Nəbiyevin əziz xatirəsinə bəstələnmiş mahnı səsləndirilmişdir. V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin “Ada” rəqs kollektivinin rəngarəng musiqi və rəqsləri yarışa xüsusi zövq qatmışdır.  

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31