Türkiyə - ABŞ danışıqlarının pərdə arxası
01.07.2022 [10:28]
Vaşinqton ilə Ankara hədəflərini və maraqlarını uzlaşdırır
SADİQ
NATO-nun ikigünlük Madrid sammitinin ən maraqlı anlarından biri ABŞ ilə Türkiyə arasında aparılan danışıqlar oldu. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Baydenlə təxminən 1 saat 10 dəqiqə davam edən görüşü bütün siyasi dairələr üçün böyük maraq kəsb edirdi. Görüşdən əvvəl kameralar qarşısına keçən liderlər mühüm mesajlar səsləndirdilər. Bayden Türkiyəyə İsveç və Finlandiyanın üzvlüyünə görə təşəkkür edərkən, Ərdoğan NATO Sammitində atılacaq addımların Rusiya-Ukrayna prosesinə də töhfə verəcəyini dedi.
Prezident Ərdoğan görüşdən öncə də bildirmişdi ki, NATO-nun güclənməsi yönündə atılacaq addımlar, xüsusilə Rusiya-Ukrayna məsələsi, enerji məsələləri ilə bağlı irəliləyiş, taxıl dəhlizinin ən qısa zamanda açılması məsələsi əsas müzakirə predmetləridir. Prezident Bayden Türkiyənin taxıl məsələsində göstərdiyi səylərə və Finlandiya ilə İsveçin NATO üzvlüyünə qarşı vetonu qaldırması məsələsinə görə Prezident Ərdoğana xüsusi təşəkkür etdi.
İlk açıqlama Ağ Evdən gəldi
Görüşdən sonra Ağ Evdən yayılan bəyanatda bildirilib ki, görüşdə Co Bayden Türkiyə-İsveç-Finlandiya arasında əldə olunan razılaşmadan məmnunluğunu bir daha ifadə edib. Bundan başqa hər iki ölkə Ukraynanın müdafiəsinə verdiyi dəstəklə bağlı mövqeyində qəti olduğunu dilə gətirib. Eləcə də, hər iki lider Ukrayna taxılının ixracı qarşısındakı maneənin aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Digər tərəfdən, görüşdən sonra Ağ Evin yaydığı açıqlamada Egey dənizində və Suriyada sabitliyin təmin edilməsinin əhəmiyyəti vurğulandı: “İkitərəfli əlaqələrin konstruktiv irəliləyişinə olan bağlılığımız davam edir. Hökumətlər arasında sıx danışıqlar vacib xarakter daşıyır”.
Görüşlə bağlı detallı məlumatlar verilməsə də, ABŞ-Türkiyə əməkdaşlığının yeni dönəmdə mühüm bir platforma statusunda çıxış edəcəyi məlumdur. Bunu bir sıra xarici siyasi mütəxəssislər də təsdiqləyir.
“Financial Times”: ABŞ və Türkiyə arasında konkret yaxınlaşmalar...
Məsələn, Britaniyanın “Financial Times” qəzeti ABŞ-ın yeni strategiyasından yazıb. Yazıda Türkiyə ilə bağlı diqqəti çəkən mühüm detallar yer alır. Yazıda SSRİ-nin dağılması ilə başa çatan soyuq müharibədən sonrakı tarixdə 2022-ci il ən böhranlı dövr kimi xarakterizə olunur. Tarixi Madrid sammitinin birbaşa nəticələrindən biri isə ABŞ və Türkiyə arasında konkret yaxınlaşmaların müşahidə edilməsidir. Qeyd olunur ki, Türkiyə Finlandiya və İsveçə qarşı veto kartını geri götürdükdən sonra Ağ Ev rəhbərliyi F-16-ların Türkiyəyə satışını dəstəklədiyini açıqlayıb. “Financial Times” qəzetinə danışan ekspertlər və diplomatlar Ukrayna müharibəsinin Qərb ölkələrinin Türkiyə ilə problemli münasibətlərini yaxşılaşdırmaq üçün fürsət yaratdığını da vurğulayıblar. ABŞ quru qüvvələrinin Avropa komandanlığını idarə edən istefada olan general-leytenant Ben Hodges qəzetə yeni vəziyyəti dəyərləndirərkən deyib ki, sammitlə yanaşı bütövlükdə böhranın nəticələrindən biri ABŞ-ın Qara dənizə strateji gözlə baxması oldu. Bura Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması da daxildir.
F-16 razılaşması NATO-nun genişlənməsinə yol açır?
ABŞ-ın respublikaçı senatoru Lindsey Qraham isə F-16-larla bağlı Bayden administrasiyasının qərarına dəstək ifadə edən post paylaşıb. O, Bayden administrasiyasının F-16-ları NATO müttəfiqi olan Türkiyəyə satmaq qərarını dəstəklədiyini bildirib. “Türkiyə ilə fikir ayrılıqlarımız olsa da, onlar NATO-da müttəfiqimizdir və qeyri-stabil coğrafiyada yerləşən Türkiyənin hərbi potensialını artırmaq Amerikanın milli təhlükəsizlik maraqlarına uyğundur”, - deyə Qraham bildirib.
Qeyd edək ki, Türkiyə 2021-ci ilin noyabrında ABŞ-dan 40 yeni F-16 və mövcud F-16-lar üçün 80 modernləşdirmə dəsti almaqla bağlı müraciət edib. Bu ilin martında isə ABŞ Dövlət Departamenti Konqres üzvlərinə müraciət edərək bu satışın təsdiqlənməsinin rəsmi Vaşinqtonun maraqlarına uyğun gəldiyini deyib.
F-16 məsələsi ilə bağlı ən konkret addım isə məhz NATO-nun Madriddə keçirilən sammitində atılıb. ABŞ müdafiə nazirinin müavini Seleste Vollander rəsmi şəkildə F-16-ların Türkiyəyə satışını dəstəklədiklərini açıqlayıb və bildirib ki, ABŞ Türkiyənin qırıcı təyyarə parkının modernləşdirməsini dəstəkləyir. “Çünki bu, NATO-nun təhlükəsizliyinə və beləliklə də Amerikanın təhlükəsizliyinə töhfə verəcək”, -deyə ABŞ rəsmisi əlavə edib.
Bəzi siyasi analitiklər isə Türkiyənin İsveç və Finlandiyaya NATO yolunda “yaşıl işıq” yandırmasını həm də ABŞ-dan F-16 alması ilə bağlayırlar. Onlar qırıcı təyyarələrlə bağlı razılaşmanın “üçtərəfli sövdələşmə”nin bir parçası olduğunu iddia edirlər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39