Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / I və IV ixtisas qrupları üzrə 38 nəfər yüksək nəticə göstərib

I və IV ixtisas qrupları üzrə 38 nəfər yüksək nəticə göstərib

03.08.2022 [17:04]

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərin sayını açıqlayıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 28 nəfər göstərib.

Belə ki, imtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır.

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) isə 10 nəfər göstərib. Belə ki, imtahanda 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin şagird imtahanın birinci mərhələsində 300 bal toplamışdı.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31