Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xırdalanda partlayış olan binanın zərərçəkən sakinləri müvəqqəti evlə təmin olunacaqlar

Xırdalanda partlayış olan binanın zərərçəkən sakinləri müvəqqəti evlə təmin olunacaqlar

04.08.2022 [11:50]

Avqustun 3-də axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində Qalubiyyə küçəsində yerləşən beşmərtəbəli binanın üçüncü mərtəbəsində ilkin ehtimala görə qaz sızmasından baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində araşdırma davam edir. Hazırda rayon rəhbərliyi tərəfindən bütün zərərçəkən ailələrin müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev hadisənin baş verdiyi ərazidə olub. Partlayış nəticəsində zərərçəkən sakinlərin qeydiyyatı aparılır və onların hamısı müvəqqəti olaraq kirayə evlərlə təmin olunacaqlar. Kirayə mənzillərdə yerləşdiriləcək ailələrin ödənişləri Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ödəniləcək.

Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

İlkin məlumata əsasən, 20-yə yaxın mənzilə ziyan dəyib. Qaz, elektrik enerjisi binada tam olaraq kəsilib. Partlayışdan 6 blokdan ibarət olan binanın iki blokuna zərər dəyib.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31