Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Jurnalist Araz Zeynalov dəfn edilib

Jurnalist Araz Zeynalov dəfn edilib

04.08.2022 [13:39]

Ötən gün vəfat edən tanınmış jurnalist Araz Zeynalov dəfn edilib.

“Report” xəbər verir ki, mərhumun cənazəsi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə jurnalistin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Araz Hidayət oğlu Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.

O, “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində, həmçinin “Vesti.az” saytında çalışıb.

A.Zeynalov avqustun 3-də uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31