Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Elin Süleymanov: Azərbaycan səfirliyinə hücum barbarlıqdır

Elin Süleymanov: Azərbaycan səfirliyinə hücum barbarlıqdır

05.08.2022 [11:33]

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə radikallar tərəfindən edilən hücum qəbuledilməzdir və barbarlıqdır.

Bunu Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov özünün tviter hesabında bildirib.

Diplomat yazıb: “Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Mən hazırda Bakıdayam. Təhdidlərə baxmayaraq, həmkarlarımızın təhlükəsizlikdə olduqlarını görməkdən məmnunam”.

Səfir, həmçinin vurğulayıb ki, səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetdir. “Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər", - deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31