Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 8 avqust 1991-ci il...

8 avqust 1991-ci il...

06.08.2022 [10:12]

Nüvədinin son işğalından 31 il ötür

Yeganə BAYRAMOVA

Erməni şovinistləri tərəfindən XIX əsrdən başlayaraq davam edən cinayətkar siyasət azərbaycanlıların əzəli doğma torpaqları olan Zəngəzurdan tam deportasiya olunmalarına gətirib çıxarmışdı. Yaxşı silahlanmış terrorçular döyüş texnikasının köməyilə Mehri rayonunun Nüvədi kəndini viran qoydular. Hücum nəticəsində kənddə bir azərbaycanlı belə qala bilmədi. Bu hadisə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi.

Nüvədililər ilk dəfə 1905-1907-ci illərdə erməni işğalına məruz qalıblar. Üç ildən sonra, 1910-cu ildə əzəli dədə-baba torpaqlarından qaçqın düşənlər yenə də Nüvədiyə qayıtmışdılar. İkinci dəfə isə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən Mığrının  (ötən əsrin əvvəllərində Mığrı, sonralar Meğri, hazırda isə Mehri adlanır - red.) azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini də işğal edərək soydaşlarımızın bir qismini dəhşətli şəkildə, işgəncələrlə məhv etmiş, 1918-ci ilin payızında isə nüvədililər ermənilərin hücumlarına davam gətirə bilməyib. Araz çayını pələlərlə keçərək qonşu İran dövlətinin Misən kəndinə, Ordubada və Zəngilan bölgələrinə pənah gətiriblər.

Tarixi Azərbaycan torpağı olan və yalnız azərbaycanlıların yaşadığı Nüvədi kəndi 1991-ci il avqustun 8-dək ermənilərin hücumlarına davam gətirə bildi. 1991-ci il avqustun 8-dən 1993-cü il oktyabrın 29-dək, yəni Zəngilan rayonunun Ermənistan tərəfindən işğalına qədər nüvədililər Zəngilanın sərhəddə yerləşən Vejnəli kəndində məskunlaşıblar.

Qeyd edək ki, Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km. şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib.

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31