Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 77 milyon barel hasilat

77 milyon barel hasilat

06.08.2022 [11:47]

5087-ci tanker yola salındı

Mübariz ABDULLAYEV

Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyası əsasında Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen yataqlarının bütün dünyada tanınan transmilli şirkətlərin iştirakı ilə işlənməsi uğurla davam etdirilir. Prosesə Ümummilli Liderin çox böyük səyləri sayəsində 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə start verilib. Həmin tarixdən etibarən müxtəlif xarici şirkətlərlə işbirliyi digər layihələri də əhatə edib. Respublikamızda fəaliyyət göstərən xarici şirkətlərin siyahısında liderlik mövqeyi isə BP şirkətinə məxsusdur. Bu şirkət həm “Əsrin müqaviləsi”ndə, həm də digər kontraktlar üzrə böyük həcmlərdə investisiya qoyuluşu həyata keçirib. Hazırda Azəri-Çıraq-Günəşli (AÇG) yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited” şirkəti və Şahdəniz yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited” şirkəti çıxış edir. Hər iki qurum bütün layihələr üzrə səmərəli fəaliyyətlərini 2022-ci ilin birinci yarısında da uğurla həyata keçiriblər.

Azəri-Çıraq-Günəşli üzrə

Ehtiyatlarla zəngin olan AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operator kimi müəyyənləşdirilib.

2022-ci ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənib. Bəhs olunan dövrdə Azəri Mərkəzi Şərqi (ACE) layihəsi bp-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı, plana uyğun şəkildə irəliləyib. ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etdirilib. Qazma modullarının üst tikililər blokunun üzərinə qaldırılması və yerləşdirilməsi təhlükəsiz və səmərəli şəkildə yerinə yetirilib. Çəkisi 2350 ton olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti (QAD) əvvəlcə özü hərəkət edən qoşqular vasitəsilə əsas qaldırma yerinə aparılıb, sonra altına əlavə polad kasetlər yerləşdirməklə təxminən 27 metr lazım olan hündürlüyə qaldırılaraq göyərtənin üzərinə sürüşdürülüb. Bu, bp-nin Xəzərdə ilk dəfə icra etdiyi və dəqiqliklə planlaşdırılmış mürəkkəb bir əməliyyatı idi. Hazırda qazma qurğularının üst tikililər göyərtəsində inteqrasiyası davam edir.

Layihə çərçivəsində daha bir uğurlu əməliyyat üst tikililərin şimal və cənub kranlarının qazvurma kompressorunun buraxıcı qurğusu ilə birlikdə quraşdırılması oldu. Üst modulları borularının yığılması və hidrosınağı qrafikə uyğun irəliləyib. Üst tikililərin və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə davam edib, əsas elektrik generatorunun, kimyəvi injeksiya və çirkab suların emalı qurğularının istismar sınaqları başlayıb. Yaşayış modullarının mexaniki tamamlanması ilə bağlı təhvil işləri plana uyğun davam edib. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi tamamlanıb və hazırda barja yükləmə ilə bağlı hazırlıq işləri davam edir. Layihə üzrə dalğıc işləri Xankəndi sualti tikinti gəmisinin dəstəyi ilə davam etdirilib. ACE sualtı qaz boru xətlərinin yataqdaxili sualtı boru kəmərinə bağlanması iyunda həyata keçirilmiş Şərqi Azəri platformasının profilaktik işlər proqramı çərçivəsində yerinə yetirilib.

Qaz boru xəttinin bağlanması işləri üçün Mərkəzi Azəri və Şərqi Azəri platformalarında ACE layihəsi ilə bağlı bütün işlər də tamamlanıb. Ümumilikdə ACE layihəsi üçün lazım olan bütün iş həcmi Şərqi Azəri platformasının profilaktik işlər proqramı zamanı uğurla icra olunub. 

ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında aparılan modifikasiya tikinti işləri davam etdirilib. İkinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 75% tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

Stabil hasilat

2022-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İkinci rüb üçün AÇG-dən ümumi hasilat - Çıraq (25 000), Mərkəzi Azəri (108 000), Qərbi Azəri (109 000), Şərqi Azəri (62 000), Dərinsulu Günəşli (78 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə - gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub.

Bəhs olunan dövrdə AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Plana əsasən Şərqi Azəri platformasından hasilat təxminən 15 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə əməliyyatları effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə reallaşdırılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.

İkinci rübdə, həmçinin Çıraq Qazlift layihəsi də təhlükəsiz və büdcəyə uyğun şəkildə tamamlanıb. Layihə çərçivəsində obyektin təhlükəsiz istismarını təmin edəcək mühüm modifikasiyalar həyata keçirilib ki, bu da insan müdaxiləsi və əməliyyat prosedurlarından asılılığı azaltmaqla artıq təzyiq riskinin idarə edilməsinə kömək edəcək. İl ərzində yeni Qazlift paylama sistemi hasilat cədvəlinə uyğun olaraq platformanın digər seçilmiş quyularına da tətbiq olunacaq.

Azərbaycana çatan səmt qazı

 2022-ci ilin birinci yarısında AÇG-dən Azərbaycana əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Səngəçal terminalından qlobal bazarlara

Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

İlk altı ay ərzində terminaldan təxminən 114 milyon barel neft və kondensat, o cümlədən 107 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. İlin ilk altı ayı ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 69 milyon standart kubmetr (2 milyard 440 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.

 1768 km uzunluğunda olan BTC

BTC Ko.-nun səhmdarları qismində bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləri çıxış edirlər. 2022-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 49 milyon dollar, əsaslı xərclərə isə 9 milyon dollar vəsait xərclənib. Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilib. İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30