Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Əlcəzair XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

Azərbaycan və Əlcəzair XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

10.08.2022 [13:07]

Azərbaycanla Əlcəzair beynəlxalq platformalarda yaxşı əlaqələrə malikdirlər. İqtisadi sahədə çox böyük potensial mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ilə görüşdən sonra mətbuata birgə bəyanatında söyləyib.

Nazir qeyd edib ki, Əlcəzair Azərbaycanın səfirlik təşəbbüslərinə yüksək səviyyədə dəstək verir. Bu gün ölkələrimiz arasında iki sənədin imzalandığını diqqətə çatdıran nazir deyib ki, bunlardan biri Azərbaycanla Əlcəzairin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə, digəri isə diplomatik və xidməti pasportların vizalardan azad olunmasına dair protokoldur.

Ceyhun Bayramov, həmçinin həmkarına regionda baş verən son hadisələr, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmağa başlamaları, eyni zamanda, Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumat verib.

"Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvü kimi çox gözəl işlər görüb", - bunu Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra Azərbaycanın xarici işlər naziri mətbuata bəyanatında deyib.

Nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. "Azərbaycanla Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirilir. İqtisadi sahədə əlaqələrin intensivləşdirilməsi və ticarət dövriyyəsinin artırılması imkanlarının araşdırılması zəruridir", deyə o, bildirib.

Cənubi Qafqazda baş verən hadisələrə toxunan Ramtane Lamamra bildirib: “Regiondakı sabitlik bizim üçün önəmlidir. Bütün problemlər beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Sülh və sabitlik birbaşa beynəlxalq hüquqdan asılıdır”.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31