Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Laçın dəhlizi ilə bağlı məsələlər üçtərəfli bəyanatlar əsasında həll edilməlidir - Rusiya XİN

Laçın dəhlizi ilə bağlı məsələlər üçtərəfli bəyanatlar əsasında həll edilməlidir - Rusiya XİN

11.08.2022 [13:51]

Biz bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarına uyğun olaraq həll edilməsinin zəruriliyini təsdiq edirik. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndi əsasında həll edilməli olan Laçın dəhlizi ətrafındakı vəziyyətə də aiddir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev həftəlik brifinq zamanı bildirib.

"Regiondakı vəziyyət bizim diqqət mərkəzimizdədir. Rusiya tərəfi həm ən yüksək səviyyədə, həm də Rusiya Müdafiə Nazirliyi, Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın digər idarələri vasitəsilə Ermənistan və Azərbaycan tərəfləri ilə daimi təmasdadır. Nazirlər Sergey Lavrov və Sergey Şoyqu azərbaycanlı və erməni həmkarları ilə əlaqə saxlayıblar. Yuxarıda göstərilən bütün məsələlər, o cümlədən Laçın dəhlizi ətrafındakı vəziyyət Azərbaycan və Ermənistan tərəflərinə uyğun həll yollarının əldə edilməsi üçün məsləhətləşmələrin predmetidir. ", - deyə o, bildirib.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31