Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlətin məsuliyyəti və gücü

Dövlətin məsuliyyəti və gücü

12.08.2022 [10:10]

Laçın yolunun tikintisi yekunlaşıb

Nicat DİLQƏMLİ

44 günlük müharibənin başa çatmasını bildirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda tərəflərin üzərinə müəyyən öhdəliklər qoyulub. Sənəddə öz əksini tapan öhdəliklərdən biri də “Laçın dəhlizi”nə alternativ yolun tikilməsidir. Bəhs olunan yolun böyük hissəsini Azərbaycan, kiçik bir hissəsini isə Ermənistan inşa etməli idi.

Azərbaycan öhdəliyinə sadiqdir

Azərbaycan məsuliyyətli dövlət olaraq öz üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşasının qısa zaman ərzində və yüksək peşəkarlıqla başa çatması deyilənləri bir daha təsdiqləyir. Belə böyük maliyyə tutumuna malik olan layihənin icrasını Azərbaycan kimi güclü dövlət təmin edə bilərdi və etdi.

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm yol infrastrukturu layihələrindən biridir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  “Yeni Azərbaycan” qəzetinə yolun inşası ilə bağlı ətraflı məlumat verilib.

Agentliyin açıqlamasında qeyd olunur ki, avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib: “Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib. Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib”.

Qurumdan bütün inşaat işlərinin tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirildiyi də diqqətə çatdırılıb: “Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb”.

“Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir”, - məlumatda deyilir.

Ermənistanın məsuliyyətsizliyi və astagəlliyi

Razılaşmaya əsasən, ümumi uzunluğu 32 km olan alternativ yolun cəmi 10 km-lik hissəsini  Ermənistan inşa etməlidir. Müharibənin başa çatmasından artıq iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi yolun inşasına hələ indi başlayıb. Bu, Ermənistanın bir dövlət kimi məsuliyyətsizliyini və imkanlarının məhdudluğunu təsdiqləyir. Digər tərəfdən, görünən budur ki, 30 illik işğal Ermənistana heç bir fayda gətirməyib. Ölkə dalana dirənib. Bununla yanaşı, investisiya cəlbediciliyini tamamilə itirib, hansısa bir layihəni icra etmək gücündə deyil.

Məğlub Ermənistan Zəngəzur dəhlizinin açılmasını da müxtəlif bəhanələrlə yubatmağa çalışır. Ancaq bu bəhanələrin heç bir əsası və perspektivi yoxdur. Dəhlizin açılması Azərbaycanın strateji maraqlarına aid olan bir məsələdir. Ermənistan istəsə də, istəməsə də Azərbaycan dəhlizin açılmasına, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında yolun çəkilməsinə nail olacaq. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinin, elə Ermənistanın özünün də maraqlarına cavab verir.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31