Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxda həkim şəhidin doğum günü ehtiramla yad edilib

Qazaxda həkim şəhidin doğum günü ehtiramla yad edilib

12.08.2022 [15:15]

12 avqust 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri və partiya fəalları tərəfindən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu şəhid Adil Qədir oğlu Əfəndiyevin doğum günündə xatirəsi ehtiramla yad edildi.

Mərasim iştirakçıları əvvəlcə Qazax rayon Mərkəzi Xəstəxanasının binasının önündə şəhid həkimimizin xatirəsinə inşa olunmuş abidə-bulaq kompleksini ziyarət etdilər. Ziyarət zamanı çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza möhtəşəm qələbə sevinci bəxş etmişdir. Bu qələbə sevincini bizlərə yaşadan oğullarımızdan biri də Adil Əfəndiyevdir. O, şərəfli bir döyüş yolu keçmişdir. Döyüşlər zamanı neçə - neçə yaralı əsgər və zabitlərimizə tibbi xidmət göstərmişdir. O, Qubadlı istiqamətində gedən döyüşlərdə yaralı komandiri Anar Əliyevin həyatını xilas edərkən şəhidlik zirvəsinə ucalmışdır. Adil Əfəndiyev göstərdiyi igidliyə və şücaətə görə  "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə",  "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Onun göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə nümunədir. Qədirbilən xalqımız və dövlətimiz müqəddəs şəhidlərimizin əziz xatirəsini həmişə uca tutur, şəhid ailələrinə və qazilərə daim yüksək səviyyədə diqqət və qayğı göstərir.

Mərasim iştirakçıları daha sonra şəhid həkim Adil Əfəndiyevin uyuduğu Qazax şəhər qəbristanlığına gedərək onun qəbri önünə qərənfillər düzmüş, ruhuna dualar oxumuşlar.

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31