Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ildən-ilə artır

Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ildən-ilə artır

08.09.2022 [11:01]

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Bu gün dünyada baş verən qlobal proseslər, dünya coğrafiyasının müxtəlif hissələrində gedən müharibələr bir sıra iqtisadi və siyasi çətinliklərin yaranmasına zəmin yaradır. Xüsusi ilə Rusiya-Ukrayna müharibəsi dünya bazarının idxal və ixracatına da təsirlərini göstərməkdədir. Bu cür aktual məsələlərdən biri də dünya bazarlarında mavi yanacağa olan tələbatın durmadan artmasıdır. Belə bir məqamda bir sıra Avropa ölkələrində təbii qaza olan tələbatın artması xüsusilə nəzərə çarpır. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır bu gün Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır.

Məlum olduğu kimi sentyabrın 2-də Prezident cənab İlham Əliyevin İtaliyaya rəsmi səfəri və səfər çərçivəsində keçirilən ikitərəfli görüşlər ölkəmiz üçün böyük strateji əhəmiyyətə malikdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Eyni zamanda vurğulamaq lazımdır ki, Azərbaycan-İtaliya  arasında ikitərəfli əmədaşlıq haqqında sənədlərin imzalanması Azərbaycan- İtaliya  münasibətlərində yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu.

Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Bu gün Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ildən-ilə artır. Qazanılan müvəffəqiyyətlər Ulu öndər Heydər Əliyevin uzaqgörən iqtisadi siyasətinin və bu siyasətin uğurla davam etdirilməsinin  nəticəsidir. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş uğurlu daxili və xarici siyasət xətti ölkəmizin gələcək inkişaf prespektivlərinə öz müsbət töhfələrini verməkdədir. Artıq bu gün Azərbaycan bölgədə neft-qaz ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir.

Azərbaycanın gündən günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır. Həmçinin bu gün Avropa ölkələrində mavi qaza tələbatın artması Azərbaycan iqtisadiyyatına və inkişafına müsbət təsir göstərəcəkdir.

Prezident cənab İlham Əliyevin uğurlu, qətiyyətli xarici siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir və  Avropa ölkələri ilə dostluq, tərəfdaşlıq  münasibətlərinin inkişaf etdirilməsinə böyük töhfələr vermişdir.

Paylaş:
Baxılıb: 323 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30