Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Səmərqənddən mühüm mesajlar

Səmərqənddən mühüm mesajlar

21.09.2022 [15:44]

Özbəkistan Respublikasının Səmərqənd şəhərində  sentyabrın 16-da Çin, Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər bir sıra böyük dövlətlərin rəhbərlərinin iştirakı ilə  Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.

Cənab Prezident İlham Əliyev   Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət etdiyinə görə  Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığını bildirərək, yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnun olduğunu bildirib.

Möhtərəm Prezidentimiz Sammitdə çıxışında bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsinə münasibət bildirərkən qeyd edib ki,  Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Ermənistanın təxribatlarının  iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə olduğunu və buna görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü diqqətə çatdırıb.

Ölkə Prezidenti eyni zamanda bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətlərinə də toxunub. "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Azərbaycan Qarabağ münaqişəsini hərbi-siyasi yollarla həll etmiş ,nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir.

Bu gün beynəlxalq aləmdə ölkəmizin mövqeyi Möhtərəm Prezidentimizin rəhbərliyi ilə daha da güclənir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, eyni zamanda  etibarlı tərəfdaş kimi tanınır. Cənab Prezident İlham Əliyevin uzaqgörən müdrik  xarici siyasəti sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir.

Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirən, Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır. 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etmək və bu sədrliyimizin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Ölkə Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü xarici siyasət kursu yürüdülür. Bu siyasət nəticəsində dövlətimizin və xalqımızın dünyadakı nüfuzu günbəgün daha da artır, mövqeyi daha da möhkəmlənir. Bu baxımdan ölkəmizin üzv olduğu digər beynəlxalq təsisatlardakı təmsilçiliyi kimi, Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti də təsadüfi deyil və məhz düşünülmüş, uzaqgörən diplomatik siyasətin bəhrəsidir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəkdir.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov

Paylaş:
Baxılıb: 355 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30