Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 50 dollarlıq, 8 litrlik “aksiya”...

50 dollarlıq, 8 litrlik “aksiya”...

01.11.2022 [10:44]

Oktyabrın 30-da Xankəndidə separatçı rejimin “parlamenti”nin çağırışı ilə keçirilən mitinq şousu bir neçə məqamına görə diqqət çəkdi. Birinci növbədə isə, mitinqin təşkilatçılarının əsas hədəfinin aksiyadakı iştirakçıların çoxluğunun təmin edilməsi idi.

Bir sıra erməni KİV-i, hətta sosial şəbəkələrdə belə onminlərlə insanın bu aksiyada iştirakı barədə danışılsa da, real fakt ortadadır - Xankəndi və ətrafında mitinqdə iştirak edənlərin yarısı qədər erməni yaşamır. Belə olan təqdirdə, yazılan “on minlər” Xankəndidə haradan “peyda” olub?

Bununla bağlı “sirr” axır ki, açılıb. Belə ki, sosial şəbəkələrin erməni seqmentində bildirilib ki, Xankəndidə Ermənistan siyasi cameəsinin təşkil etdiyi mitinqə gələnlərə pul paylanılıb. Qeyd edilib ki, bir müddət əvvəl Xankəndiyə köçən rusiyalı milyarder Ruben Vardanyan mitinqin çoxminli olması üçün xeyli xərcə düşüb. O, Xankəndidən kənarda olanların öz maşını ilə mitinqə qatılması üçün 8 litr pulsuz benzin verib, Ermənistandan gələnlərə isə 50 dollar “mükafat” ayırıb. Ətrafdan gələnlər Xankəndiyə çatmamış yanacaqdoldurma məntəqələrində 8 litr benzini pulsuz ala biliblər. Bunun üçün yanacaqdoldurma məntəqələrinə Vardanyan əvvəlcədən sifariş verib. Ermənistandan avtobusa doldurulub gətirilənlər isə Laçın dəhlizinə daxil olduqdan sonra salondaca “mükafat”larını alıblar. Həmçinin mitinq iştirakçılarının su və qida ilə təminini də Ruben Vardanyan öz üzərinə götürüb.

Maraqlı ehtimallardan biri də odur ki, Xankəndinə gətirilənlər yalnız Ermənistan vətəndaşları olmayıb. Mitinqin “izdihamlı” keçməsi üçün İran tərəfi də “əlindən gələni” əsirgəməyib. Belə ki, İrandan da bu mitinqə xeyli insan göndərilib. Təbii ki, onlar da bu gəlişlərinin qarşılığında “50 dollarlıq xidmət haqqı” ilə təmin ediliblər.

S. İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 408 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30