Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müasirləşmək, türkləşmək...

Müasirləşmək, türkləşmək...

01.11.2022 [11:48]

Tarix səhifələrimizdə

116 yaşlı “Füyuzat” jurnalı

Səidə RƏHİMLİ

“1906-cı il noyabrın 1-dən 1907-ci il noyabrın 1-ə qədər 32 sayı işıq üzü görsə də, “Füyuzat” jurnalı mətbuat tariximizdə mühüm izlər qoydu. Maarifpərvər Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə dərc olunan ictimai jurnalda baş redaktor Əli bəy Hüseynzadə ilə yanaşı, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqalarının müxtəlif mövzularda yazıları dərc olunurdu.

“Füyuzat”ın 1-ci sayı dərc olunmazdan əvvəl onun haqqında ilk məlumata “Həyat” qəzetində rast gəlirik. “Həyat” qəzetinin son nömrəsində verilmiş elanda qeyd olunur:

“Həyat” qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə qəribən “Füyuzat” namilə ədəbi-fənni, ictimai-siyasi bir həftəlik məcmuə intişarə başlayacaqdır...”

“Füyuzat” - mənşəcə ərəb sözüdür və həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyziyab olmaq deməkdir. Abdulla Şaiq “Füyuzat”ı “islam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı” kimi qiymətləndirirdi. Jurnal qısa müddətdə göstərdiyi fəaliyyətlə aşağıdakı nailiyyətləri əldə etməyi bacardı:

* füyuzatçılıq jurnalistika məktəbi yarandı;

* eyni adlı ədəbi cərəyan yarandı;

* Azərbaycanda müstəqil dövlət ideyasını alovlandırdı;

* konstitusiyalı azad vətəndaş cəmiyyəti ideyasını yaratdı;

* Azərbaycanda neoromantizmin əsasını qoydu və s.

“Füyuzat” jurnalı “türkləşmək, avropalaşmaq (müasirləşmək) və islamlaşmaq” ideyası altında yazılar dərc edir, türk xalqlarının mənəvi birliyinin təcəssümü olaraq turançılıq ideologiyasını təbliğ edirdi. “Füyuzat” təkcə Azərbaycanda deyil, bütün türk dünyasında maariflənmə, türkçülük və millətçilik ideyalarının yayılmasına çalışırdı. Buna görə də çarizmin Azərbaycandakı hakim qüvvələri jurnalın ideya-siyasi istiqamətindən qorxuya düşürdülər.

“Füyuzat” jurnalı dilinin qəliz olmasına görə tənqid olunurdu. Halbuki jurnalın bütün saylarında dilin mükəmməlləşdirilməsinə çalışılıb. Onun dilinin tədqiq olunması və bu məsələnin aydınlaşdırılması ilə bağlı hazırda çoxlu məqalələr, kitablar mövcuddur.

Jurnalın türkləşmək, islamlaşmaq və avropalaşmaq (müasirləşmək) ideyası bu gün azərbaycançılıq və müasirlik doktrinasının yaranmasında mühüm rol oynayır. Jurnalda dərc olunan yazıların tədqiqi və hərtərəfli öyrənilməsi müasir dövrümüzdə də aktual məsələlərdəndir.

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30