Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı metrosunun üç stansiyasının iş vaxtı artırılacaq

Bakı metrosunun üç stansiyasının iş vaxtı artırılacaq

02.11.2022 [11:59]

Sabah "Bakl Metropoliteni" QSC-nin “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar metronun iş rejimində dəyişikliklər ediləcək, üç stansiyanın iş vaxtı artırılacaq

Bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni”nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında ehtiyat tədbirlər görüləcək. Bundan əlavə, “Qarabağ” FK-nın müraciətinə uyğun olaraq, “Bakı Metropoliteni”nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saat 01:00-a qədər uzadılacaq.

Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.

Paylaş:
Baxılıb: 322 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31