Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Görülən işlər, ödənilməyən borclar, perspektivlər...

Görülən işlər, ödənilməyən borclar, perspektivlər...

16.11.2022 [11:55]

“Azəristiliktəchizat” payız-qış mövsümü ilə bağlı brifinq keçirib

Yeganə BAYRAMOVA

Dünən “Azəristiliktəchizat” ASC-nin payız-qış mövsümünün başlanması ilə əlaqədar brifinq keçirilib. ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev 2022-ci ildə istifadə olunan istilik enerjisi dəyərinin ödənilməsi barədə açıqlama verib. Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına üç istehlakçı qrupu daxildir: “Qurumun xidmət zonasına əhali istehlakçıları - 3 871 bina, 184 minə yaxın mənzil; büdcədən maliyyələşən təşkilatlar - 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə obyekti, 163 büdcədən maliyyələşən digər təşkilat və 2 081 təsərrüfat hesablı və kommersiya obyektləri daxildir. 2022-ci ilin 10 ayı üzrə istilik haqlarının ödəniş səviyyəsi 91,3 faiz təşkil edib”.

İ.Mirzəliyev qeyd edib ki, əhalinin istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8 faiz təşkil edib: “Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. Bunlar - Nəsimi rayonu, Topçubaşov küçəsi 23a - 20,7%, Xətai rayonu, Telnov (Lütfizadə) küç. 7 - 19,0%, Sabunçu rayonu, 4094-cü bina - 5,4% Suraxanı rayonu, Hafiz Quliyev küç. 22 - 10,1%, Yasamal rayonu, Parlament pr. 1 - 11,6% Yasamal rayonu, Z. Xəlil küç. 17 - 17,8% təşkil edir”.

“Azəristiliktəchizat”a ödənilməyən borcun məbləği

Qurum rəsmisi əlavə edib ki, 2022-ci il noyabrın 1-nə olan məlumata görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 milyon 500 min manat ödənilməmiş borc məbləği mövcuddur: “Bu binaları təsadüfi seçməmişik. Ən çox həmin ünvanlardan şikayətlər gəlir, amma istifadə edilən istiliyin pulunu ödəmirlər”.

İstilik sistemi ilə bağlı aşkarlanan problemlər

İ.Mirzəliyev bildirib ki, “Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarında istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz istilik enerjisi ilə təmin edilməsi məqsədi ilə 2022-2023-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrası başa çatdırılıb. O, vurğulayıb ki, cəmiyyətin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə müəssisələrində monitorinq aparılıb: “Monitorinqlər zamanı 214 yaşayış binası, 37 təhsil müəssisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib. Təəssüf ki, hazırda 191 yaşayış binası, 19 təhsil müəssisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb.

“Azəristiliktəchizat” ASC-nin məsul şəxsləri Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatı ilə bağlı sıx təmasdadırlar və qarşılıqlı işgüzar şəraitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilməkdədir. Ümumilikdə ölkə üzrə məktəblərin 92 faizinin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına, yalnız 8 faizi “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxanalar vasitəsi ilə həyata keçirilir”.

İ.Mirzəliyevin sözlərinə görə, Tədbirlər Planı çərçivəsində 1002,2 km istilik xətlərinin hidravlik təzyiqə davamlılığı yoxlanılıb və 12,7 km istilik xətti əsaslı təmir olunub: “1280 ədəd odluq, 397 dəst istilik mübadilə aparatları,

3 026 ədəd nasos, 15 486 ədəd müxtəlif diametrli siyirtmələr, 3 179 ədəd mühərrik, 538 ədəd elektrik, 538 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1 214 ədəd genişləndirici çən,

1 862 ədəd qoruyucu klapan və 2 341 ədəd əks-klapan, 9 150 ədəd ventil, 607 ədəd ehtiyat su çəni, 538 ədəd qaz təsərrüfatına aid avadanlıq və qurğu təftiş olunub, eyni zamanda, 1 348 ədəd dirsək, 250 ədəd siyirtmə, 316 ədəd ventil, 9 ədəd nasos yenisi ilə əvəz edilib, 41 qazan aqreqatı, 15 ədəd nasos, 190 ədəd siyirtmə, 28 ədəd mühərrik əsaslı təmir edilib”.

Sədr əvəzi əlavə edib ki, 780 ədəd qazan aqreqatı, 1 474 ədəd nasos, 8 715 ədəd siyirtmə, 1 624 ədəd mühərrik cari təmir edilib, 1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənib, yaxud 100 faiz işlər icra edilib, həmçinin 94 ədəd qazan aqreqatı və 64 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib: “İstilik xətlərində 4854,09 kvadratmetr istilik örtük qatı təmir olunub, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 710,2  kvadratmetr kərpic örtüyü, 475,8 kvadratmetr izolyasiya örtüyü bərpa edilib və 632 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.

Həyata keçirilmiş tədbirlər mövsüm ərzində ASC-yə məxsus 564 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə, 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2 230 digər sosial və təsərrüfat obyektinin fasiləsiz istiliklə təmin olunmasına imkan verəcək.

Əvvəlki illərlə müqayisədə ASC-yə məxsus qazanxanaların sayı 166-dan 564-ə çataraq 3,4 dəfə, yaşayış binalarının sayı 988-dən 3871-ə çataraq 3,9 dəfə, məktəblərin sayı 146-dan 287-yə çataraq iki dəfə, uşaq bağçalarının sayı 84-dən 162-yə çataraq 1,9 dəfə, səhiyyə obyektlərinin sayı 61-dən 152-yə çataraq 2,5 dəfə, digər sosial və təsərrüfat obyektlərinin sayı isə 91-dən 2 224-ə çataraq 24,4 dəfə artım əldə olunub”.

Azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası

İ.Mirzəliyev, həmçinin söyləyib ki, işğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması işləri aparılır: “Bununla bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Şəhərsalma” və “Enerji təminatı məsələləri” İşçi Qrupunun fəaliyyətində “Azəristiliktəchizat” ASC təmsil olunmaqla Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir. Cənab Prezidentin 2021-ci il 8 may tarixli 2642 nömrəli “Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən Energetika Nazirliyi və Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla quraşdırılmış gücü 8 110 kVt/saat olan yeddi qazanxananın tikintisi və müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınıb.

Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl” enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib və optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi “Azəristiliktəchizat” ASC-yə həvalə olunub”.

Paylaş:
Baxılıb: 550 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30