Sadıq Qütbizadə Xomeyniyə qarşı gizli zərbə hazırlamaqda suçlandı
16.11.2022 [12:00]
1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi. Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:
Fərəh Pəhləvi
Xatirələr
Yıxılan rejimin və
bitməyən eşqin hekayəsi
Tərcümə Nəriman Əbdülrəhmanlı
...Hər fürsət düşdükcə, bizi sakitləşdirməyə çalışan general Torrixos əslində, Tehranın geri göndərmə tələbindən istifadə eləyib, rəhbərlikdəkilərə təminat vermək istəyirdi. Bunu sonralar öyrəndik. Panama qanunları ekstradisiya qaydalarıyla bağlı məhkəmə qurmadan rəhbərlikdəkilərin əlinə geri vermə tələbi keçər-keçməz sözügedən adamı həbsə almaqda məsul sayırdı. Belə başa düşülürdü ki, general Şahın həbsə alınmasının simvolik olaraq, islamçı tələbələri girovları geri verməyə məcbur eləməyə yetəcək təsirə malik olacağına inanırdı. Elə tarixçilərə görə, o zaman İslam Respublikasının prezidenti olmağa can atan və iki vəkili Panamaya göndərən Sadıq Qütbizadə (Tehran səfirliyində amerikalıların girov götürüldüyü dövrdə xarici işlər naziri olan Sadıq Qütbizadə Xomeyniyə qarşı gizli zərbə hazırlamaqda suçlandı və xəyanət hökmü çıxarılıb, 1982-ci ilin sentyabrında edam edildi) də yalnız ərimin evində göz altına alındığı xəbərinin belə, tələbələri yumşalda biləcəyini hesab eləyirdi. İki vəkil ekstradisiya dosyesini hazırlayanda, tibb sahəsində iki heyət professor Flandrinin başladığı mübarizəni davam etdirirdi. Başımızın üzərində dolaşan təhdidlərin həqiqi ölçüləri haqqında məlumatımız olmasa da, ətrafımızdakı hürküdücü havanı və oradakı mövcudluğumuzun səbəb olduğu gərginliyi hiss eləyirdik. Bir az da yaxından tanıdığımız jurnalistlər bizə: “Panamadan çıxıb gedin, burada qalmağınız təhlükəlidi”, - deyirdilər. Adada gündəlik həyatda qarşılaşdığımız problemlərlə məşğul olan Armaonun köməkçisi Mark Morze bir gün səbəbsiz-filansız ortadan itdi. Sonra Panama təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğunu öyrəndik. Onun azadlığa buraxılmasını təmin eləmək üçün Armao Ağ evə xəbər verməli oldu. Adadakı son günlərimizə doğru telefonumuzun işləmədiyini öyrəndik. Vəziyyəti bildirəndə, həqiqətən də telefonumuzun kəsildiyini təsdiq elədilər... Çünki borcu ödənməmişdi! Telefon yenidən bağlandı, amma qəribədir, bir neçə gün ərzində general Torrixosla calaşmağımız mümkün olmadığı kimi, evində yaşadığımız səfir Qabriel Levislə də danışa bilmədik. Elə adamı dəli eləyə biləcək bu şəraitdə müntəzəm olaraq bizi axtarıb, xəbər tutan Cahan Sədata zəng elədim. Panamada heç bir həkimin ərimi qətiyyən, əməliyyat eləməyəcəyini və vəziyyətimizin ümidsiz olduğunu başa salmışdım. Amma telefonumuzu dinlədiklərindən əminiydim, içində olduğum qarmaqarışıq ruhi vəziyyətdə Cahan Sədata, ətrafımızda gizlicə baş verən hadisələr haqqında xəbər çatdırmaq üçün Nyu-Yorkda baldızımı tapmasını xahiş elədim. Şahzadə Əşrəfin də dinlənildiyi ağlıma belə gəlməmişdi. Cahan Sədat vəziyyəti başa düşdü. “Gəlin, - dedi mənə, - Misirdə sizi gözləyirik”. V. Misir prezidentinin arvadı sonralar yazdığı xatirələrində hadisəni belə dilə gətirəcəkdi: “Fərəh 1980-cı ilin martında Panamadan zəng vurub, bunları söylədi: “Ümidsiz vəziyyətdəyik, Cahan. Ərimin xəstəliyi dalağa keçib, dərhal əməliyyat olunmasa, öləcək. Ancaq mən heç kəsə etibar eləmirəm. “Niyə, Fərəh, niyə?” Ağlamamaq üçün özünü saxlayırdı. “Telefonda izah eləməyim çətindi”, - işarə verib, mənə telefonlarının dinlənildiyini başa saldı. “Panamadan dərhal çıxmaq məcburiyyətindəyik. Raportlar təhlükə siqnalı verir”.
Nəyə işarə elədiyini çox yaxşı bilirdim, çünki Panamanın Şahı İrana, mütləq ölümə geri göndərmək üçün Xomeyniylə sövdələşmə apara biləcəyi şayiələrini mən də eşitmişdim. “Bəs, əməliyyat, Fərəh? O necə olacaq?” “Neyləyəcəyimi bilmirəm, Cahan! Onu bu xəstəxanadan çıxarmalıyam”. Fərəhin söyləmədiyi şeyi inanmaq istəməsəm də, çox yaxşı bilirdim. Xomeyni Şahı əməliyyat masası üzərində öldürtməyi bacarardımı? “Onu əməliyyat etdirmək üçün amerikalı həkimlər gətirə bilmirsənmi?” “Panama hökuməti onlara əməliyyat icazəsi verməyi rədd elədi”, - doluxsunmuş səslə aydınlaşdırdı. “Ancaq Amerikanın rəhbərliyi sizin lehinizə cəhdlər göstərə bilər!” “Amerika rəhbərliyimi?” - Fərəh acı-acı dedi. “Onlardan həyatımızın sonuna qədər bəs eləyəcək yardımı aldıq”. (...) “Fərəh, qəti vaxt itirmədən Misirə gəlməlisiniz!” Başqa hansı yeni cəzaya rast gələcəkdi? Fərəh ölkəsini itirmişdi. Bu gün ərini də itirə bilərdi. Ənvəri həmin an tapıb vəziyyətin ciddiliyini başa saldım. “Bir az əvvəl Fərəhə Şahla birlikdə dərhal Misirə gəlmələrini təklif elədim. Səhv işmi gördüm?” “Ən kiçik tərəddüdün olmasın, Cahan. Fərəhi tapıb, ona dərhal Prezident təyyarəsini göndərəcəyimi söylə”. “Əminsənmi? Bu əməlli-başlı gurultu qopacaq!..” Ancaq ərim əminiydi. “Bu Allahın xoşuna gedəcək”, - inandırdı məni. Həmin xoş xəbərləri vermək üçün Fərəhi təkrar axtaranda, vaxt eşitdiklərinə inanmadı. “Amerikalı həkimlərin əməliyyat aparmalarına icazə verəcəksinizmi?” - şübhəylə soruşdu. “Əminsənmi?” Bu qədər vaxt ərzində elə bərk qorxmuşdu ki, artıq kimə güvənəcəyini bilmirdi “Bəli, Fərəh, əlbəttə”, - deyə təsdiqimi bir neçə dəfə təkrarladım (Cahan Sədat. Misirli qadın. Nyu-York, “Simon and Shuter” nəşriyyatı, 1987). Panamanı tərk eləmək qərarımızdan dərhal narahatlıq keçirən Karter xüsusi tapşırıq verdiyi hüquq məsləhətçisi Lloyd Kutler və Dövlət katibliyi əməkdaşlarından İranda işləmiş Arni Rapheli yanımıza göndərdi. Onları Kontadorada qəbul elədik və mən bütün görüş ərzində ərimin yanında qalmağı istədim. Amerikalı tapşırıqçılar Armaonun və polkovnik Cahanbininin bu söhbətlərdə iştirak eləmələrini istəməmişdilər. Cənab Raphel söhbətə bizim üçün çox böyük nəsihət dolu sözlərlə, İsfahanda keçirdiyi beş ilini danışıb başladı, Şahın xalqını nə qədər çox düşündüyündən, mənim də yoxsulluq içində yaşayan insanların rifahı üçün nə qədər böyük səylər göstərdiyimdən xəbəri olduğunu söylədi. Lap başlanğıcından söhbətinin tonu xoşuma gəlmədi, bizim elədiyimiz fədakarlıqlar üzərində belə israrla durub, ogünkü siyasi böhranı çözmək xətrinə ərimi özünü qurban verməyə sövq eləmək istədiyini duyurdum. O, söhbətini davam etdirdikcə, qəlbimdə hiddətin artdığını hiss eləyirdim. “Şahın özünü qurban verməsi normaldı?, - düşündüm, - amma öz torpaqları üzərində xarici diplomatları girov götürməyə cəsarət eləyən günahkar dövləti yumşaltmaq üçün ondan özünü qurban verməsini istəmək əxlaqi cəhətdən qəbul oluna bilməz”. Sonra Lloyd Kutler bizim Misirə getməyimiz məcburiyyətindən Amerikanın keçirdiyi narahatlığı dilə gətirdi. Qahirəyə gedişimizin deyəsən, olduqca çətin vəziyyətdə olan Prezident Sədatı siyasi cəhətdən daha da zəiflədəcəyini, beləcə, Orta Şərqdəki sülh cəhdlərinə zərər verəcəyini söylədi. Mən də cavabında hirslə bizə dəvətini təkrarlayan Misir Prezidentinin necə hərəkət edəcəyini bilmək üçün kiməsə ehtiyacı olmadığını söylədim. Cənab Kutler yenə də Panamada qalmağımızı arzuladığını bildirməkdən geri qalmadı. Ərim çox sakit halda bu cavabı verdi: “Əməliyyat vaxtı buraxılacaq xəta üzündən, ya da heyətdə olan və başqalarından pul alan bir adama görə masanın üzərində ölməkdənsə, şərəflə ölməyi üstün tuturam”. O vaxt bacarıqlı diplomat olan cənab Kutler son “kozırını” oynadı: Amerika Şahın Hyustonda əməliyyat edilməsi üçün bizə yenidən sərhədlərini açmağa hazırdır, amma bu təqdirdə Tehranda işləri daha vahiməli vəziyyətə gətirməmək üçün onun taxtdan əl çəkməsi elə bil, qaçılmaz kimi görünürdü. Mən son dərəcə ciddi şəkildə “Xalq belə qərarı başa düşməkdə çətinlik çəkər”, - dedim. Qısa sükutdan sonra bu məntiqlə taxtın oğlumuz Rzaya keçəcəyini söylədim. “Böyük oğlumuza bir şey olarsa, ikincisi taxtın varisi olacaq. Əgər kiçik oğlumuza da mane olarlarsa, ailədən başqa biri taxtın sahibi olacaq”.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
