Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Etirazların miqyası böyüyür

Etirazların miqyası böyüyür

24.11.2022 [10:37]

SEPAH nümayişçiləri güllələyir, etirazçı qadınlar zorakılığa məruz qalır

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur, davam edir. Bu müddət ərzində 415-dən çox etirazçı həlak olub, daha çox insan yaralanıb. Ölənlərin 60 nəfəri azyaşlıdır. 15 minə yaxın adam isə həbs edilib. Onların bir çoxu hələ də həbsxanalarda və polis bölmələrində şiddətə məruz qalırlar. Hətta bəzi etirazçılara ölüm hökmü çıxarılıb. Xarici mətbuatın hakimiyyət daxilindəki mənbələrinin məlumatına görə, həbs olunanların əksəriyyətini edam hökmü gözləyir.  

İranın Cavanrud (Gənclik) şəhərində SEPAH-ın muzdluları etirazçıları güllələyib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, son günlər əldə olunan videogörüntülər onu deməyə əsas verir ki, rejim ölkəni vətəndaş müharibəsinə sürükləyir. Çünki ölkəboyu davam edən aksiyalar daha da kəskin və həlledici fazaya keçib. Cavanrud şəhərindəki etirazçılar isə SEPAH üzvünün evini yandırıblar.

İran rejimi isə törətdiyi əməllərin beynəlxalq aləmə yayılmasının qarşısını almaq üçün bütün gücünü səfərbər edib. Ən əsası isə İranda internetə giriş bloklanıb. Bildirilir ki, İranın repressiv hökuməti xalqın gecə etirazlarından qorxaraq bütün ölkə boyunca internetə girişi bloklayıb.

İran zindanlarında nələr baş verir?

Yeri gəlmişkən, İranda həbs edilən etirazçıların işgəncələrə, zorakılığa məruz qalması ilə bağlı məlumatlar geniş şəkildə öz əksini tapmaqdadır. CNN jurnalistləri saxlanılanlardan biri, aksiyalarda iştirak edən 20 yaşlı qızla danışıb. O, polis bölmələrindəki cinsi zorakılıqdan bəhs edib. Vurğulayıb ki, İranda etiraz aksiyalarında iştirak edən qadınlar və gənc qızlar həbsxanalarda cinsi təcavüz edilir. Kürd əsilli Xana (CNN-in məlumatına görə, təhlükəsizlik məqsədilə adı dəyişdirilib) adlı qız saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O, cinsi zorakılığın şahidi və qurbanı olduğunu bildirib. Eyni zamanda o, təcridxanada cəmi bir gün keçirib.

Xananın saxlandığı ərəfədə onun anasına Mahabad şəhərindəki həbsxana müdiriyyətinin yüksək rütbəli əməkdaşı olan tanışı telefonla zəng edib. O, qadını “heç bir halda” qızlarını evdən buraxmamağa çağırıb ki, onlar etirazlarda iştirak etdiklərinə görə saxlanılmasınlar, çünki İran həbsxanalarında qadınlarla “çox pis rəftar” edilir.

Xəbərdarlığa baxmayaraq, Xana etirazlara qoşulub və bir çox digər qadınlar kimi hicabını açıq şəkildə yandırıb. Polis ona bildirib ki, guya bu an müşahidə kamerasına düşüb və bununla da onun saxlanmasına zəmin yaradılıb.

Onunla birlikdə daha 30-40 qadın, həmçinin polis əməkdaşları tərəfindən şiddətli döyülən 13-14 yaşlı yeniyetmələr polis bölməsinə aparılıb. “Ancaq cinsi istismara məruz qalan qızların vəziyyəti daha pis idi”, - Xana deyib.

Kamera yoldaşları ona təcridxanada baş verən zorlamalar barədə danışıblar və Xana özü də saxlanılan yeniyetmələrdən birinin polisin dindirmə otağına aparılan bacısının müdafiəsinə qalxdığının şahidi olub. Polis yeniyetməni dəyənəklə döyüb, bacısı isə qonşu otağa aparılıb və oradan onun qışqırığı eşidilib. Xana qızın zorlandığına əmindir.

Xana özü də zorakılığa məruz qalıb. O, bildirib ki, polis məmuru onu dindirmə otağına bağlayıb və təcavüz edib. CNN nəşri bildirir ki, müsahibə zamanı qızın boynunda qançır izi görünüb.

Xananın sözlərinə görə, insanların İran həbsxanalarında və təcridxanalarında baş verənlərdən o qədər də xəbəri yoxdur, çünki polis qadınları qorxudur: “Onları hədələyirlər ki, başlarına gələnləri deməsinlər, bunu onlara kimin etdiyini danışmasınlar”.

Xananı həbsdən atası xilas edib və o, İrandan qaça bilib. O, əmisinin ailəsi ilə bir qrup kürd qaçaqmalçısının ardınca bir neçə gün dağ yolları ilə gedib. CNN-in məlumatına görə, İran sərhədçiləri qeyri-qanuni olaraq ölkəni tərk etməyə cəhd edənlərə atəş açır.

Baş verənlərə baxmayaraq, Xana başqalarından daha şanslı olduğuna əmindir. CNN yazır ki, bir çox məhbus “İranın qarışıq həbsxana sistemində” yoxa çıxır: “Cinsi zorakılığa məruz qalan və sonra başqa şəhərlərə aparılan qızlar var idi”. Hüquq müdafiəçiləri CNN-ə bildiriblər ki, son illər İranda yüzlərlə insan izsiz yoxa çıxıb.

İtkin düşmüş qıza qarşı zorakılıq edilib

İtkin düşənlərdən biri də 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc edib. Bununla belə, onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Səlahiyyətlilər bildirir ki, polis Abbasinin mənzilində axtarış apararkən guya 10 ədəd “Molotov kokteyli” aşkar edib.

Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini düz bağırsağından aldığı ağır xəsarətlə Tehranın Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar. Qızın başı qırxılıb. Həkimlər onun çox qorxduğunu və titrədiyini bildiriblər.

Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub və həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur edib. Bu hadisə ictimailəşəndə polis qızı xəstəxanadan çıxarıb. İndi onun harada olduğu bilinmir.

Dünya birliyindən kəskin etiraz

Beynəlxalq aləm İranda baş verənlərə kəskin münasibətini bildirməkdə davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanadanın təklif etdiyi qətnamə layihəsinə səs veriblər. Avropa Parlamenti isə İranla birbaşa əlaqəni müvəqqəti dayandırır. Bu barədə “Azad İran” teleqram kanalı məlumat verib. Avropa Parlamentinin sədri Roberta Metsola Avropa Parlamenti ilə İran arasında birbaşa əlaqə və dialoqun müvəqqəti dayandırılacağını bəyan edib. Metsola İranda nümayişçilərin zorakılıqla repressiya edilməsinə də işarə edib. “Avropa bizə ümid bəsləyən etirazçılara göz yummayacaq”, - deyə o vurğulayıb.

Göründüyü kimi, İranda baş verən etiraz aksiyalarının miqyası artıq böyüməyə başlayıb. Bir qığılcımla başlayan bu kimi etirazların isə sonunda necə böyük dəyişikliklərə gətirib çıxardığının dəfələrlə şahidi olmuşuq. Hətta İranda belə bu presedent mövcuddur...

SADİQ

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30