Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paytaxtda sıxlıq aradan qaldırılacaq...

Paytaxtda sıxlıq aradan qaldırılacaq...

01.12.2022 [10:44]

Yeni metro stansiyaları tikilir

Yeganə BAYRAMOVA

Bakı Metropoliteni tərəfindən 9 yeni metro stansiyası tikiləcək. Qeyd edək ki, Bakı Metropoliteni üçün ən prioritet məsələ xətlərin ayrılması layihəsidir. Məhz bu layihəyə əsasən, mərhələli şəkildə yeni stansiyaların tikintisi nəzərdə tutulub. Həmin stansiyalardan 3-ü “Dərnəgül” və “Koroğlu” stansiyası arasında inşa olunacaq.

Görülən işlərlə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, 2 stansiya Ziya Bünyadov prospektindən, 3-cü isə “Koroğlu” stansiyasından keçməklə ona yaxın tikiləcək: ““Xətai” stansiyasından sonra Ağ şəhər kimi böyük layihəmiz var. Eyni zamanda, NZS adlanan qəsəbəyə doğru - 8 noyabr prospektində 1 stansiyanın, “Nargilə kafesi” adlandırılan və köhnə Bakı Avtomobil Zavodu istiqamətində başqa bir stansiyanın və “Həzi Aslanov” stansiyasına keçid stansiyanın inşası nəzərdə tutulur”.

B.Məmmədov, həmçinin qeyd edib ki, hazırda Bakının Baş Planı üzərində işlər gedir. Ona görə də yeni metro stansiyalarının tikintisinin nə zaman yekunlaşacağı barədə konkret fikir bildirmək mümkün deyil: “Məlumdur ki, Bakı Metropoliteni ölkənin əsas ictimai nəqliyyat infrastrukturlarından, həmçinin paytaxtın əsas inkişaf istiqamətlərindən biridir. Ona görə də Bakının Baş Planı yekunlaşdığı zaman yeni stansiyaların da nə zaman tikilib başa çatacağına dair konkret fikir bildirmək olacaq.

Qeyd edim ki, Bakı Metropoliteni tərəfindən yeni stansiyaların tikilməsində əsas məqsədlərdən biri ölkədə ictimai nəqliyyatlarda, həmçinin metrolardakı sıxlığı aradan qaldırmaqdır. Şəhərin, ictimai nəqliyyatın və təbii ki, Bakı Metropoliteninin inkişafı əsas prioritet məsələlərdən biridir. Yeni stansiyaların tikilməsi tıxaclardakı, ümumən, şəhərdəki sıxlığa təsir edə biləcək mühüm layihədir. Bakı şəhərinin Baş Planında da bu məsələyə xüsusi diqqət yetirilib və təqdirəlayiq işlər davam etdirilməkdədir”.

Paylaş:
Baxılıb: 282 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30