İran üçün seçim: Yol haradan keçir?
02.12.2022 [10:08]
Mübariz FEYİZLİ
Son vaxtlarda İran regionda cərəyan edən proseslər fonunda reallıqlara adekvat olmayan siyasət sərgiləyir. Ortaya qoyulan mövqedən çıxan nəticə budur ki, İran regionda sabitliyə və təhlükəsizliyə töhfə vermək, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa qoşulmaq niyyətindən uzaqdır. Bu ölkənin proseslərə yanaşmasında səmimi və stabil mövqenin olmadığı ortadadır.
Niyə indi və niyə Azərbaycan?
İndiki məqamda İranın siyasətinin heç də xoş mərama əsaslanmadığı Azərbaycana münasibətdə daha qabarıq şəkildə nəzərə çarpır. Bu ölkənin İsraillə əbədi düşmənçilik mövqeyində olduğu hər kəsə bəllidir. Rejimin rəsmiləri hədəflərinin İsraili sarsıtmaq olduğunu gizlətmirlər və bunu şəraitə uyğun formada dilə gətirirlər. İraqla müharibədən əvvəl İranda belə bir şüar gündəmə gətirilmişdi: “Qüdsə gedən yol Kərbəladan keçir”. Bu şüarın arxasında isə rejim ideoloqlarının iranlı gənclərin vətənpərvərlik hisslərini İraqa qarşı yönəltmək istəyi dayanırdı. İndi bu şüar belə dəyişdirilib: “Qüdsə gedən yol Bakıdan keçir”. Yenə də niyyət ortadadır. Bu dəfə molla rejimi İran cəmiyyətini ölkəmizə qarşı qisasçılıq əhvali-ruhiyyəsinə kökləməyə çalışır. Əlavə edək ki, İranın fars-şovinist dairələrində Azərbaycan “Bakı respublikası” kimi qəbul olunur. Belə yanaşma ilə mollakratiya həm də ölkəmizin ərazilərinə iddialarını ortaya qoyur. Bu ölkədə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etmək istəmirlər.
“Niyə indi və niyə Azərbaycan?” sualı ortaya çıxır. Əslində Azərbaycanın mənafeyinə uyğun olmayan davranışlar cənub qonşumuzun siyasətində həmişə olub. Sadəcə, indi respublikamıza qarşı fəaliyyətlər bu ölkənin gündəliyinin mərkəzinə keçib.
İranı indiki məqamda Azərbaycana qarşı iddialarını açıq müstəviyə keçirməyə sövq edən amillər isə çoxdur. Burada ilk yerdə Azərbaycanın güclənməsi, aparıcı regional aktora çevrilməsi faktorunu qeyd edə bilərik. Son dövrlərdə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurları sadalasaq, uzun bir siyahı alınar. Ölkəmiz Vətən müharibəsində qalib gəldi və ərazi bütövlüyünü öz gücünə bərpa etdi. Pandemiyadan və müharibədən çıxan Azərbaycan vaxt itirmədən işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlayıb. Respublikamız nəqliyyat sektorunda üstün mövqeyə çıxıb. Avrasiyada əsas nəqliyyat-logistika habı məhz ölkəmiz hesab olunur. İran isə bu pozisiyada Azərbaycanla rəqabətdə geridə qalır. Son vaxtlar Azərbaycana Avropadan müxtəlif missiyalar gəlir. Həmin missiyalar ölkəmizə əməkdaşlıq portfelləri ilə təşrif gətirirlər. Azərbaycanın şanlı Qələbə sayəsində regionda yaratdığı yeni reallıqlar İranın qorxulu röyalarından olan Türk dövlətlərinin daha sıx birləşməsi üçün imkanları artırıb. Ölkəmiz hüdudları və iqtisadi potensialı kifayət qədər geniş olan tarixi Türk coğrafiyasının bərpasında mərkəzi aktorlardan biri qismində çıxış edir.
Qonşuluqda güclü dövlət xofu
İranda Azərbaycana qarşı qısqanclıq hisslərini güclü şəkildə alovlandıran belə nümunələrin sayı kifayət qədər çoxdur. Daxilində kəskin parçalanmalar müşahidə edilən İran qonşuluğunda belə güclü dövlətin olmasını əsla istəmir. Bu arada qonşu ölkənin azərbaycanlılar fobiyasına diqqət çəkmək istərdik. İranda təxminən 40 milyon azərbaycanlı yaşayır və onların ürəyi müstəqil Azərbaycan dövləti ilə döyünür. Molla rejimi azərbaycanlılara qarşı repressiv siyasət həyata keçirir. Təkcə belə bir faktı qeyd edək ki, bu ölkənin aborigen sakinləri sayılan azərbaycanlıların doğma dilində təhsil almaq və qəzet, jurnal buraxmaq hüququ belə tanınmır. Ancaq rejim repressiv siyasətlə heç bir halda soydaşlarımızın milli hisslərini arxa plana keçirə bilmir. Vətən müharibəsi günlərində Azərbaycan Ordusunun döyüşlərdə qazandığı qələbələr Arazın o tayında böyük coşqu yaratmışdı. Soydaşlarımız çayın sahilinə toplaşaraq hərbçilərimizə salamlarını, təbriklərini və həmrəyliklərini çatdırırdılar. Son iki ayda İranda cərəyan edən proseslər fonunda Arazın o tayında molla rejimində yaşamaq məcburiyyətində qalan soydaşlarımızda azadlıq eşqinin nə qədər güclü olduğu daha qabarıq şəkildə nəzərə çarpır. Bu gün İranın azərbaycanlılar yaşayan ərazilərində soydaşlarımız rejimin təhdidlərindən çəkinməyərək özlərinin azadlıq istəyini açıq şəkildə bildirirlər. İran rejimi ölkədə yaşayan azərbaycanlıların böyük güc olduqlarının fərqindədir. Soydaşlarımızın qəti mübarizəyə qalxacaqları təqdirdə İranın parçalanması prosesi daha da sürətlənəcək.
Avropanı və İslam dünyasını birləşdirən Azərbaycan
Azərbaycanın uğurlu çoxvektorlu xarici siyasəti İranın yuxusunu ərşə çəkən digər bir mühüm faktordur. Avropa ilə sıx əməkdaşlıq əlaqələrinə malik olan respublikamızın İslam dünyasında da nüfuzu getdikcə artır. Məlumdur ki, İran özünü İslam dünyasının liderlərindən biri kimi təqdim edir. Ancaq rejimin istəkləri ilə əməlləri bir-birini tamamlamır. Bu ölkənin 30 illik işğal dövründə zəbt etdiyi Azərbaycan ərazilərindəki İslam dininə aid 60-dan çox tarixi abidəni dağıdan, məscidləri təhqirlərə məruz qoyan Ermənistanla sıx əməkdaşlıq etməsinin məntiqi əsla başa düşülmür. 30 illik işğal dövründə İran Azərbaycanın səyləri sayəsində dalana çevrilən təcavüzkar Ermənistan üçün bir növ nəfəslik oldu. Bu ölkə postmüharibə dövründə də Ermənistana dəstəyini əsirgəmir. Rejim Ermənistanın sərhədlərinin pozulmasını özü üçün qırmızı xətt kimi qəbul etdiyini bildirib. Sual olunur: Bəs İslam dövləti belə təəssübkeşliyi 30 il ərzində torpaqları işğala məruz qalan Azərbaycana münasibətdə niyə nümayiş etdirmirdi? Axı məntiqlə sərhəd təəssübkeşliyi məhz Azərbaycana münasibətdə önə keçməli idi. İranla Ermənistanı yaxınlaşdıran bir sıra qaranlıq məqamlar var. İşğal dövründə bu iki ölkə düşmənin nəzarətində olan Azərbaycan ərazilərindən narkotrafik kimi istifadə edirdi. Bundan başqa, sanksiyalar altında olan cənub qonşumuzun şirkətləri Ermənistan üzərindən xarici bazarlara qaçaq mallar çıxarırdılar. Şanlı Qələbə sayəsində Azərbaycan İranla olan 132 kilometr uzunluğunda sərhədlərini bərpa etdi. Bununla da narkotrafik, qaçaq mal marşrutu bağlandı.
Özünü İslam dövləti adlandıran İranın müqəddəs dinimizlə bir araya sığmayan siyasətinə rəğmən, Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verməyi özünə borc bilir və əməli müstəvidə bunu reallaşdırır. Bu gün ölkəmizi Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı ilə sıx əlaqələr birləşdirir. Ölkəmiz, həmçinin tərkibində çox sayda İslam dünyasına aid olan dövlətləri bir araya gətirən Qoşulmama Hərəkatının aparıcı üzvlərindən biridir. Hazırda respublikamız quruma sədrlik missiyasını uğurla həyata keçirir. Qeyd olunan təşkilatlar fərdi və kollektiv qaydada həmişə Azərbaycanla həmrəylik nümayiş etdirirlər. Məhz bu həmrəylik sayəsində bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərəzli sənədlərin qəbul olunmasının qarşısı alınıb.
ABŞ və İsrailin regionda güclənməsi...
Regiondakı yeni reallıqlar fonunda İsrailin və ABŞ-ın Cənubi Qafqazda mövqelərini möhkəmlətmələri İranı əndişələndirən digər bir amil qismində çıxış edir. Azərbaycanın hər iki ölkə ilə münasibətləri yüksək səviyyədədir. ABŞ ölkəmizin moderatorluğu ilə reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrini həmişə dəstəkləyib. Bu ölkə, həmçinin Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesini təşviq edir. Postmüharibə dövründə ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəsmilərinin bir sıra görüşləri baş tutub. İsrailə gəldikdə isə, bu ölkə bir növ Azərbaycanın təbii müttəfiqinə çevrilməkdədir. İsrail İrandan fərqli olaraq ərazi bütövlüyünün bərpası uğrunda haqq mübarizəsi aparan Azərbaycana güclü mənəvi-siyasi dəstək göstərdi. Postmüharibə mərhələsində ikitərəfli əməkdaşlıq daha da genişlənib. O cümlədən, İsrail şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpasına cəlb olunublar və layihələr həyata keçirirlər. Getdikcə möhkəmlənən dostluğun və əməkdaşlığın əlaməti olaraq Azərbaycan bu ölkədə səfirliyinin açılması ilə bağlı qərar verdi.
Bu kimi reallıqlar fonunda İran özünü küncə sıxışdırılmış kimi hiss edir. Bu ölkə ABŞ və İsrailin timsalında əbədi düşmənlərinin regionda möhkəmlənməsini heç bir vəchlə qəbul etmək istəmir. İran rejiminin təmsilçiləri o qənaətdədirlər ki, İsrailin və ABŞ-ın regiona daha geniş miqyasda ayaq açmaları, daxildə səngimək bilməyən çaxnaşmalar fonunda azərbaycanlıların fəallaşmaları və öz haqlarını tələb etmələri, müstəqil respublikamızın möhkəmlənməsi İranın indiki hakimiyyəti, ölkənin bütövlüyü üçün real təhlükədir. Onlar özlərini, repressiv üsul-idarəni qoruyub saxlamağın, həmçinin diqqətin daxili çəkişmələrdən xarici faktora yönəldilməsinin ən optimal yolunu Azərbaycana qarşı aqressiyanın artırılmasında görürlər.
İranın Azərbaycana qarşı siyasətində aqressivliyin açıq müstəviyə keçməsi bütün region üçün təhlükəlidir. Qalib Azərbaycan yaratdığı reallıqlarla regiona keyfiyyətcə yeni əməkdaşlıq platforması təqdim edir. Bu platforma hamı üçün, o cümlədən də İran və Ermənistan üçün də faydalıdır. İran isə rejimin mahiyyətinə uyğun olaraq bir növ ağ əməkdaşlıqdan imtina edərək partnyoru seçdiyi Ermənistanla qara sövdələşmələrə üstünlük verir. Bu yol İranı faciyəyə aparan bir yoldur.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12

Xəbər lenti
01 İyun 10:57

Analitik
01 İyun 10:52

Siyasət
01 İyun 10:42

Siyasət
01 İyun 10:30

Sosial
01 İyun 10:29

Siyasət
01 İyun 10:20

Gündəm
01 İyun 10:10

Siyasət
01 İyun 10:00

Xəbər lenti
01 İyun 09:45

Xəbər lenti
01 İyun 09:43

Siyasət
31 May 23:00

Siyasət
31 May 21:39

Xəbər lenti
31 May 21:37
