Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda mənzildən 4 kişi meyiti tapılıb

Bakıda mənzildən 4 kişi meyiti tapılıb

05.01.2023 [12:48]

Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

Mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur. Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30