Həyat səhnəsində “xalq düşməni”obrazı oynayan aktyor
10.01.2023 [11:20]
...Hər şey o qastroldan başladı. Bəlkə də, 1918-ci ildə “Tağıyev teatrı”nın truppası Batuma qastrola getməsəydi, Ülvi Rəcəb teatra könül verməzdi, bambaşqa bir sənəti seçərdi. Bəlkə, o zaman repressiyanın gülləsindən də qurtula bilərdi, ömrü cəmi 35 il yox, 60, 70, lap elə 80 il olardı... Amma qismət düz ayağına gəlmişdi...
Hamının gözü səhnədəydi. “Otello” tamaşasının cazibəsi, Bakıdan gələn aktyorların peşəkar oyunu hər kəsi heyran etmişdi. 15 yaşlı Ülvininsə bütün diqqəti baş rolun ifaçısında - Hüseyn Ərəblinskidəydi. Aktyorun oyunu gənc oğlanı sehirləmişdi. Elə həmin gün teatra sevgisini kəşf etdi, aktyor olacağına qərar verdi. Vaxt itirmədən arzusuna doğru ilk addımını da atdı: Azərbaycandan gələn aktyorlarla tanış oldu, teatrla bağlı qərarını onlarla bölüşdü. Bu sənətə olan sevgisini nəzərə alıb ona bəzi tamaşalarda epizodik rollar tapşırdılar. Elə bil kainat da onu arzusuna qovuşdurmaq üçün çalışırdı. “Arşın mal alan” operettası təqdim olunan gün Sultan bəy obrazını oynayan aktyor qəfildən xəstələnir. Həmin obrazı da Ülviyə tapşırırlar. O, artıq səhnənin cazibəli çevrəsinə düşmüşdü...
Ülvi Rəcəb 1903-cü ildə Batumi yaxınlığındakı Canivri kəndində doğulmuşdu. Milliyyətcə acar olan atası Rəcəb Şaşıqzadə Avropanı gəzib görmüş, oranın mədəniyyətinə bələd olmuş bir insan idi. Elə buna görə də həm qızlarının, həm də oğlanlarının təhsilinə önəm verirdi. Amma övladlarından birinin aktyor olacağı onun ağlına belə gəlməmişdi. Oğlunun bu sevdasından xəbər tutar-tutmaz ona qarşı çıxdı. Ülvinin teatr sevgisi isə qadağalara boyun əyəcək qədər ötəri deyildi. O, ata-anasından gizlin məşqlərə gedir, tamaşalarda oynayırdı. Axırda vəziyyət o yerə gəlib çıxır ki, ata öz oğlunu evindən qovur. Gənc aktyor bundan sonra da teatrdan imtina etmir.
Artıq o, tanınırdı. Daha da inkişaf etmək üçün 1922-ci ildə Tiflisə köçür, Tiflis-Azərbaycan Teatrında fəaliyyətə başlayır. “Ölülər” “Dağılan tifaq” “Aydın” tamaşalarında oynayır. 1925-ci ildən onun yaradıcılığının Bakı dönəmi başlayır. Rejissor Aleksandr Tuqanov Ülvi Rəcəbi Milli Dram Teatrında işləməyə dəvət edir. O, teatra gələn kimi istedadını göstərir, baş rollarda oynayır, hətta məşhur aktyor Abbasmirzə Şərifzadənin dublyoru olur. 1937-ci ilə qədər bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradır, sevilir. Onun bu teatrda oynadığı ilk böyük rol? isə Hamlet olur. Bu rolla Gürcüstana, Azərbaycanın bölgələrinə qastrola gedir. O vaxtkı qəzetlər “Hamlet” tamaşasının anşlaqla keçdiyini yazırdılar. Hətta aktyorun bacısının xatirələrində qeyd edilir ki, tamaşa Gürcüstanda oynanılandan sonra aktyoru Rustaveli teatrında işləməyə dəvət edirlər. Amma o, doğma teatrından ayrılmaq istəmədiyini deyir.
Davamlı olaraq müxtəlif teatrlardan ona belə təkliflər gəlirdi. Aktyor təklifləri belə dəyərləndirirdi: Milli Dram Teatrında işləyə-işləyə bir çox teatrların səhnəsində də obrazlar yaradırdı. Tiflis teatrında Seyx Sənan, Yaşar kimi baş rolları canlandırmışdı. 1931-ci ildəsə Bakı Türk İşçi Teatrının səhnəsində Balaşı oynadı.
Romeo, Şeyx Sənan... Aktyorun can verdiyi sevgi qəhrəmanları...Ondan öncə də dəfələrlə oynanılan bu obrazlara öz “naxışını” vurmuşdu. Elə teatr tarixinə də. Artıq şöhrətin zirvəsindəydi. 30 yaşında əməkdar artist adını qazanmışdı...
O vaxtki “Kommunist” qəzeti aktyor haqqında yazırdı: “Ülvi Rəcəb nəcib, ləyaqətli, saf amallı, həyat eşqli, bütöv xarakterli obrazları xüsusi bir şövq və məharətlə ifa edirdi... Ülvi Rəcəb psixoloji pauzaların ən bacarıqlı, bənzərsiz yaradıcısı kimi tanınır, tərəf-müqabilləri ilə ünsiyyətdə, səhnədəki vəziyyətin psixoloji halına uyğun davranmaqda daim nümunə göstərilir, ifa etdiyi hər bir personajı dərindən duyan, onun həm məfkurəvi, həm psixoloji “rəsm”ini dəqiqliklə ölçüb-biçib ətə-qana gətirən aktyor kimi seçilirdi...”
Sənətkar haqqında yazılan bu fikirlər, ona münasibət çox keçmədən dəyişdi. Artıq qəzetlər belə yazırdı: “Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam...respublikanın Əməkdar artisti kimi şərəfli bir ada “nail” olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur”...
Dövran yenə oyun qurmuşdu. Bu oyunun aktyorlarısa teatrda yox, həyatda oynayırdılar. Ssenariyə əsasən hərənin öz rolu vardı: üzə duran, “fakt” aşkarlayan, müsadirə edən, işgəncə verən, hökm çıxaran, qatil...bir də qətlə yetirilən günahsız “xalq düşməni”... Bu dəfə “xalq düşməni” obrazı Ülvi Rəcəbin boyuna, qismətinə biçilmişdi.
Ssenariyə uymayanın başı bədənindən üzülməliydi!
1938-ci ilin yanvarı... Ülvi Rəcəb işgəncələrə artıq tab gətirə bilmədi. Ruhu, cismi əbədi dinclik, azadlıq istəyirdi. “Günahı”nı etiraf etdi. Qısa sürən məhkəmə yenə ssenariyə uyğun qərar çıxardı: güllələnsin!
...Atəş açıldı... Həyat səhnəsində daha bir oyun bitdi...
Səfurə ÇƏRKƏZQIZI
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39