Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tərtərdə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib

Tərtərdə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib

18.01.2023 [12:46]

18 yanvar 2023-cü il tarixdə YAP Tərtər rayon təşkilatında Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

   Dəyirmi masanı giriş sözü ilə açan YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov 20 yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını bildirib, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd edib.

   Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədova, Statistika İdarəsi ərazi partiya təşkilatının sədri Ədalət Məmmədov və Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri Emin Pənahov çıxış edərək 20 yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu, 20 yanvar faciəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinin eləcə də əlil olmuş şəxslərin sosial problemlərinin dövlət tərəfindən diqqətlə araşdırılıb onlara qayğı göstərildiyini vurğuladılar. 2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımızın düşmən üzərində qazanılmış zəfərin möhtəşəm sevincini yaşadığını, dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına nail olunduğunu bildirdilər.

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30