Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Korrupsiya "ləkəsini" üzərindən silməmiş…

Korrupsiya "ləkəsini" üzərindən silməmiş…

20.01.2023 [12:26]

Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət" verməyə mənəvi haqqı yoxdur

30 ilə yaxın erməni işğalından əziyyət çəkən Azərbaycan xalqı və dövləti bu dövr ərzində sülh prinsiplərindən geri çəkilmədi. Hətta təcavüzə və işğala məruz qalsa da, problemin danışıqlar yolu ilə həllinə üstünlük verdi. Amma adını "beynəlxalq aləm" qoymuş təsisatlar, təşkilatlar Azərbaycanın sülhpərvər mövqeyini dəstəkləmək, onu dəyərləndirmək əvəzinə daha çox işğalçının yanında yer aldılar. Təbii ki, bu məsələdə xaricdəki erməni lobbisinin "xidməti" xüsusi "dəyərləndirilməlidir". Beynəlxalq təşkilatların üzvlərinin, hətta rəsmilərinin belə rüşvətlə ələ alınması, korrupsiya girdabına düşməsi isə az təsadüf edilən hallardan deyil. Maraqlıdır ki, hətta bütün "maskası" üzündən enən bu kimi təşkilatlar sonradan da ədalətsiz mövqedən əl çəkmir, öz addımlarını davam etdirirlər…

Avroparlamentin açıq qərəzi…

Məsələn Avropa Parlamenti kimi… Bu qurumun Azərbaycana qarşı qəbul etdiyi son qərəzli, ədalətsiz qətnamənin ortaya çıxma səbəbləri də "maraq doğurur". Nəzərə alsaq ki, Azərbaycan bu gün Avropa İttifaqının üzvü olan ölkələrin enerji təminatında mühüm rol oynayır, ümumilikdə Aİ ilə mühüm enerji dialoqu aparır, Avropa Parlamentinin belə bir əsassız sənəd qəbul etməsi anlaşılan deyil. Xüsusilə qeyd edilməlidir ki, Avropa Parlamentinin imici artıq uzun müddətdir ki, yerlərdə sürünür – adı milyonluq korrupsiya faktlarında hallanır və ittiham edilir. Nə üçün öz "ayıbına kor olmayan" Avropa Parlamenti yenidən ədalətsiz addımlara əl atır?

Milyonluq korrupsiya faktı Avroparlamentin imicini yerlə bir edib

Ötən ilin son ayında Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsi yaddaşlardan silinməyib. Onsuz da irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan Avropa Parlamentinin rəsmisinin adının belə çirkin korrupsiya faktlarında hallanması maraqlı nüansları ortaya çıxarır – demək ki, Avroparlamentdə müxtəlif ölkələrlə bağlı qərarların verilməsində ədalət tərəzisinin əyilməsinə, beynəlxalq prinsiplərin arxa plana keçirilməsinə, lobbi maraqlarının önə çəkilməsinə, imperialist güc mərkəzlərinin maraqlarının birtərəfli qaydada təmin edilməsinə dair çoxsaylı faktların olması ilə bağlı informasiyalar həqiqəti əks etdirir. Avroparlamentin korrupsiya və rüşvət vasitəsilə digər ölkələrə qarşı ədalətsiz qətnamələr qəbul etməsi isə artıq adi hal alıb. Şübhəsiz ki, lobbiçilik müqabilində rüşvətalma faktının üzə çıxması Avropa Parlamentinin imicini yerlə bir edib – amma Avroparlament baş verənlərdən nümunə çıxarmaq istəmir. İndi də Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe tutur…

BMT platformasında məğlub olanlar…

Avropa Paralamentinin Azərbaycana hansısa "öyüd-nəsihət" verməsi isə gülünc görünür. Korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan təşkilat hansı üzlə bu addımı atır? Axı, Avropa Parlamentinin bütün kartları artıq açılıb və bu ilk fakt deyil - bundan əvvəl də AP-nin təcrübəsində bir çox ali dəyərlərin asanlıqla lobbi maraqlarına qurban verildiyini heç kim inkar edə bilməz. İllərlə Avropa Parlamentinin Azərbaycana qarşı bir neçə qərəzli qətnamə qəbul etdiyinin şahidi olmuşuq. Həmin qətnamələrdə yer alan əsassız müddəalar, ölkəmizə ünvanlanan ittihamlar birmənalı şəkildə yalanı əks etdirib - İndiki halda olduğu kimi. Ədalətdən, hüquqdan uzaq olan belə qətnamələrin sifarişinin Avropa Parlamentinə yalnız bir ünvandan - Avropadan, xüsusilə də Fransada güclü olan erməni lobbisindən gəlir. Ötən ilin dekabrında BMT müstəvisində rüsvay olan, öz meydanında Azərbaycana məğlub olan, ölkəmizin haqlı mövqeyinin qarşısında geri çəkilən Fransa və digər ermənipərəst dairələr Avroparlament vasitəsilə "əvəz" çıxmaq istəyir. Amma artıq gecdir. BMT TŞ platformasında açıq məğlubiyyət hər şeyi ortaya qoyub. Bu mənada Avropa Parlamenti kimi imici korrupsiyaya, rüşvətə "köklənmiş" bir qurumun ermənipərəst dəstəyi heç bir əhəmiyyət daşımayacaq…

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31