Azərbaycanda yaxşı sərmayə mühiti yaradılıb
23.01.2023 [10:34]
Postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Azərbaycana marağın artması əsas reallıqlarımız sırasındadır. Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin 2023-cü il üzrə rəsmi açılış mərasiminə dəvət edilməsi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Azərbaycana, dövlət başçımıza etimadın göstəricisidir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın iqtisadi inkişafının təmin edilməsini hədəfləyən beynəlxalq platformadır. Platformanın 2023-cü il toplantısında 150 ölkədən nümayəndə iştirak etdi.
Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib. Bu zəngin potensialdan istifadə olunmasına artıq başlanılıb. Ötən ilin yanvarında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, martda isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyuldu. “Qaradağ” Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə tanınmış “Masdar” şirkəti tərəfindən inşa edilir.
Özünün enerjiyə olan tələbatını tam təmin edən Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji lahihələrini uğurlu sonluqla başa çatdıraraq dünyanın enerji xəritəsini yenidən tərtib edir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan alternativ və bərpa olunan enerji potensialı ilə də Avropa məkanında önəmli faktora çevrilir. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayı artır. Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirdiyi görüşdə də müxtəlif istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlar geniş müzakirə edildi.
Dövlət başçısı İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də Azərbaycanın iqtisadi imkanlarından geniş bəhs etdi. “Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var” söyləyən dövlət başçısı bildirdi ki, hər il regionlara təxminən 30-40 səfər edir və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram: “Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır. Onların daha yaxşı yaşamaları üçün nəyə ehtiyacları var və bu daha yaxşı həyatı necə təmin etmək olar? Müxtəlif alətlər var. İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb.”
Bu mühüm məqam da daim önə çəkilir ki, Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Ölkəmizdə sabitliyin və normal iqtisadi mühitin yaradılması qısa müddətdə böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi. Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınır. Bu isə öz növbəsində ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasına stimul verir.
Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bildirdi ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
27 Mart 17:03

Xəbər lenti
27 Mart 16:37

Xəbər lenti
27 Mart 15:56

Xəbər lenti
27 Mart 15:27

Xəbər lenti
27 Mart 15:25

Dünya
27 Mart 14:53

Xəbər lenti
27 Mart 14:10

Ədəbiyyat
27 Mart 13:32

Xəbər lenti
27 Mart 13:02

Xəbər lenti
27 Mart 13:00

Xəbər lenti
27 Mart 12:59

Xəbər lenti
27 Mart 12:27

Dünya
27 Mart 12:23

Xəbər lenti
27 Mart 12:11

Xəbər lenti
27 Mart 11:07

Xəbər lenti
27 Mart 11:00

Xəbər lenti
27 Mart 10:46

Siyasət
27 Mart 10:40

Xəbər lenti
27 Mart 10:35

Xəbər lenti
27 Mart 09:40

İqtisadiyyat
27 Mart 09:39

Xəbər lenti
26 Mart 22:01

Gündəm
26 Mart 21:39

Gündəm
26 Mart 20:36

Xəbər lenti
26 Mart 19:16

Xəbər lenti
26 Mart 19:14

Xəbər lenti
26 Mart 16:43

Xəbər lenti
26 Mart 15:42

Xəbər lenti
26 Mart 12:22

Xəbər lenti
26 Mart 12:05

Xəbər lenti
26 Mart 11:36

Dünya
25 Mart 19:16

Xəbər lenti
25 Mart 18:58

Xəbər lenti
25 Mart 17:55

Gündəm
25 Mart 17:48

Xəbər lenti
25 Mart 17:47

Xəbər lenti
25 Mart 17:12

Xəbər lenti
25 Mart 15:05

Xəbər lenti
25 Mart 14:33

Xəbər lenti
25 Mart 13:08

Xəbər lenti
25 Mart 12:42

Xəbər lenti
25 Mart 11:36

Gündəm
25 Mart 11:29

Xəbər lenti
25 Mart 10:23

Xəbər lenti
25 Mart 10:14

Xəbər lenti
25 Mart 10:13

Xəbər lenti
24 Mart 21:23

Xəbər lenti
24 Mart 19:42

Xəbər lenti
24 Mart 18:12

Xəbər lenti
24 Mart 15:59

Xəbər lenti
24 Mart 15:55

Siyasət
24 Mart 14:15

Xəbər lenti
24 Mart 13:34

Xəbər lenti
24 Mart 12:14

Xəbər lenti
24 Mart 12:11

Xəbər lenti
24 Mart 11:55

Xəbər lenti
24 Mart 10:59

Xəbər lenti
24 Mart 09:51

Siyasət
24 Mart 09:45

Xəbər lenti
23 Mart 21:20

Xəbər lenti
23 Mart 20:27

Xəbər lenti
23 Mart 18:37

Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12
