Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Davamlı ənənə...

Davamlı ənənə...

24.01.2023 [10:41]

Minimum pensiyalar yenidən artırılır

Mübariz FEYİZLİ

Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir. Belə ki, respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Ölkədə Prezident İlham Əliyevin təşəbbüsü ilə müəyyən kateqoriyadan olan insanların ödənişli əsaslarla sosial işlərə cəlb olunmaları, şəhid ailələrinin, qazilərin mənzil təminatı, müavinətlərin artırılması və digər belə tədbirlər bunun əyani təzahürüdür. Dövlət başçısının göstərişinə əsasən respublikamızda həyata keçirilən şəffaflaşdırma tədbirlərinin nəticəsi olaraq Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə proqnozlardan əlavə daxil olan bütün vəsaitlər bilavasitə sosial məqsədlərə yönəldilir. Qeyd edək ki, respublikamızda son beş ildə 4 sosial məzmunlu islahat paketi reallaşdırılıb və bu islahatlardan 1,9 milyon insan faydalanıb.

Pensiyaların ilbəil artırılması

Respublikamızda davamlı olaraq həyata keçirilən genişməzmunlu sosial islahatlardan həmçinin ölkə əhalisinin 12 faizini təşkil edən təqaüdçülər də bəhrələnirlər. 2022-ci ildə ölkəmizdə iki istiqamətdə pensiyaların artımı baş verib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib.

Ötən ildə təqaüdlərin artımında ikinci istiqamət pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.  Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunub. 2022-ci ildə respublikamızda  pensiya ödənişlərinə əvvəlki ilə  nisbətən 7,9 faiz çox olmaqla 4 mlrd. 948 mln. manat vəsait yönəldilib. Bütövlükdə, son beş ildə ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada isə 80 faiz artıma nail olunub.

Pensiyaçılara yeni xoş müjdə

Ölkəmizdə pensiyaçıları yeni xoş müjdə gözləyir. Belə ki, əmək pensiyasının minimum məbləği artırılır. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub. Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır. Bu dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir. “Əmək pensiyaları haqqında” qanuna nəzərdə tutulan dəyişiklikləri “Yeni Aərbaycan”a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, minimum pensiya məbləğindəki artım ölkədə 2023-cü ilin əvvəlindən başlanan sosial islahat paketin tərkib hissəsidir. Fikirlərinə davam edən Vüqar Bayramov vurğulayıb: “Minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək. Belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə təqaüdə çıxacaqlar. Digər tərəfdən, 2006-ci il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni, əgər vətəndaşımızın 25 illik əmək ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək”.

Vüqar Bayramovun sözlərinə görə, yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artsa da, minimum pensiya məbləği səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Minimum pensiya məbləğinin artırılması həmçinin orta pensiya məbləğinə də təsir göstərəcək. Belə ki, orta pensiyada da artım olacaq.

Ümumiyyətlə, cari ilin əvvəlindən başlanan pensiya islahatları kifayət qədər geniş məzmuna malikdir. Ölkəmizdə 2023-cü ildə pensiyaların fərqli təqaüdlər üzrə fərqli qaydada artırılması qərara alınıb. Cari ildə orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləği isə 374 manat səviyyəsində müəyyənləşdirilib. Minimum pensiya məbləğinin artırılması100 minədək şəxsi əhatə edəcək.

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31