Makron Parisi “partladır”
24.01.2023 [10:47]
Fransada hökumətin pensiya sistemini yenidən təşkil etmək planlarına etiraz olaraq həmkarlar ittifaqları tərəfindən koordinasiya olunan irimiqyaslı etiraz aksiyaları davam etməkdədir.
Dəmir yolları, məktəblər, xəstəxanalar və aviasiya sistemi kimi nəhəng sektorların işçiləri prezident Emmanuel Makronun ölkədə minimum təqaüd yaşının 62-dən 64-ə qaldırılması təşəbbüsünə qarşı 24 saatlıq tətildə iştirak ediblər. Həmkarlar ittifaqları solçu siyasi partiyaların dəstəyi ilə Fransanın ən böyük şəhərlərində yürüşlərə rəhbərlik etməyi öhdəsinə götürüb.
Etirazçıların sayı 1 milyonu keçdi
Fransanın səkkiz ən böyük Həmkarlar İttifaqı etiraz aksiyalarına başlamaq qərarını birlikdə verib. Yanvarın 19-dan başlayan irimiqyaslı nümayişlər Parisdə normal həyat axarını pozub. Aksiyaçıların tələbləri qarşısında aciz qalan Makron hökuməti nümayişlər səngiyənədək vətəndaşlara evdən işləmələri üçün çağırış etməyə məcbur olub. Bu da etirazçı kütlənin təzyiqləri qarşısında geriyə atılan ilk addım kimi qiymətləndirilə bilər. Həmkarlar ittifaqları isə daha böyük hədəflər üçün növbəti irimiqyaslı etiraz aksiyasına ən azı iki milyon vətəndaşı toplamağı qarşısına məqsəd qoyub.
İnflyasiya, bahalaşma, uğursuz islahatlar
Makronun ümumxalq etirazlarına səbəb olan pensiya islahatı ötən ildən bəri elektrik enerjisinin kəskin bahalaşmasının, davam etməkdə olan inflyasiyanın kənd təsərrüfatı sahələrinə, özəl biznes sektoruna mənfi təsir göstərməsi fonunda Fransa iqtisadiyyatı üçün ağır bir dövrə düşür. Konsensusa nail olmaq üçün Makron minimum pensiya yaşını ilkin layihəsində olduğu kimi 65 deyil, 64 yaşa qaldırıb və nazirlər parlamentdəki müzakirələr zamanı prezidentin bu qanun layihəsinə etdiyi dəyişikliyi dəstəklədiklərini bildiriblər.
Metro xətləri bağlanır, aviasiya uçuşları ixtisar edilir
Həmkarlar ittifaqları etiraz nümayişlərini həm də tətil formasında davam etdirməyi planlaşdırırlar. Görünən odur ki, işçilərin tətil qərarı Parisdə, o cümlədən başqa iri şəhərlərdə nəqliyyat sisteminin fəaliyyətini bundan sonra da iflic edəcək. Ölkə mediasının məlumatına görə, işçilərin işə çıxmaması səbəbindən sürət qatarlarının əksəriyyəti ləğv edilib, regional qatarların isə yalnız kiçik bir hissəsi marşruta buraxılıb. Parisdə ictimai nəqliyyat operatoru RATP üç metro xəttinin bağlanacağı, digərlərinin isə normal səviyyənin yarısından da az çalışacağı ilə bağlı xəbərdarlıq edib. Bundan başqa, mülki aviasiyaya cavabdeh olan dövlət orqanı aviaşirkətlərə Orli hava limanında uçuşların 20%-ni ixtisar etməyi əmr eləyib.
Məktəblər də tətilə qoşulur
Fransa neft emalı zavodlarının yanacaq təchizatı da elan olunan 24 saatlıq tətilin zərbəsini artıq hiss edib. Uşaq bağçalarının işçi kollektivi və ibtidai sinif müəllimlərinin 70%-ə qədəri işə çıxmaqdan imtina edib. Həmkarlar İttifaqı təşkilatlarının məlumatına görə, bu addım bir çox məktəblərin bağlanmasına səbəb olacaq ki, bu da təhsilin ümumi keyfiyyətinə zərərsiz ötüşməyəcək.
Dəyənək “demokratiyası”
Aksiyalar zamanı diqqəti çəkən əsas məsələ fransız polisinin etirazçılarla kobud davranışı, daha konkret desək, zorakı metodlarla aksiyanı dağıtmağa cəhd etməsidir. Parisin müxtəlif ərazilərində keçirilən aksiyalar zorakılıqla dağıdılıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Bu zaman etirazçılarla polis arasında toqquşmalar baş verib, nəticədə bir neçə aksiyaçı ağır xəsarət alıb.
Dünyaya demokratiya dərsi keçməyə iddialı olan Fransanın mərkəzində vətəndaşların dəyənəklə döyülməsindən belə nəticə çıxır ki, söz azadlığı, insan haqları, demokratiya kimi anlayışlar Fransa kimi ölkələrin əlində yalnız başqa dövlətlərə təzyiq etmək üçün vasitədir. Pensiya islahatını qəbul etməyən vətəndaşın başına vurulan dəyənək isə Makron hakimiyyətinin söz azadlığına münasibətidir.
Fransa xarici siyasətdə də adekvat davranmır. Bu ölkə həmişə, xüsusilə Azərbaycana münasibətdə qərəzli və ədalətsiz mövqe sərgiləyir.
Bir neçə gün öncə Fransanın nəqliyyat naziri Klement Bonet “France 2” televiziyasına verdiyi müsahibədə ölkəni bürüyən aksiyaları şərh edərkən “ölkə üçün ağrılı cümə axşamı olacaq” - deyə xəbərdarlıq eləmişdi. Vəziyyət nazirin proqnozundan da kəskin oldu, yanvarın 20-si küçələrə axışan etirazçıların ümumi sayı bir milyonu da ötüb keçdi.
Xatırladaq ki, Makron hökuməti qalmaqallı pensiya islahatını ötən həftə açıqlamışdı. Hökumət yeni islahatlar paketini fevralın əvvəllərində parlamentə təqdim etməyi düşünür. Parlamentdə qanun layihəsi ilə bağlı müzakirələr mart ayına qədər davam edəcək.
Fransa prezidenti Emmanuel Makron iyunda keçiriləcək parlament seçkilərində əksər seçicilərin dəstəyini itirmiş olsa belə, mühafizəkar Respublikaçılar Partiyası aşağı palatada kifayət qədər səs çoxluğunu təmin etməklə müəyyən şərtlər daxilində yeni pensiya islahatını dəstəkləyə biləcəyini vurğulayıb. Respublikaçılar bu işin öhdəsindən gələ bilmədiyi təqdirdə prezident Makron Fransa konstitusiyasında təsbit olunmuş müvafiq maddədən yararlanaraq, təqdim etdiyi qanun layihəsinin səsvermə keçirilmədən birbaşa qəbuluna nail ola bilər.
Məşğulluq, yoxsa istismar?
Makron hökuməti hesab edir ki, əhalinin yaşlı təbəqəsi üçün nisbətən az zəhmət tələb edən məşğulluq səviyyəsini artırmağa ehtiyac var. Vətəndaşların ödədiyi vergilər hesabına maliyyələşdirilən sistemdə çatışmazlıqların qarşısını almaq üçün iş qabiliyyətli əhali daha uzun müddət işləməlidir.
Həmkarlar ittifaqları isə minimum pensiya yaşının dəyişdirilməsinin aşağı ixtisaslı və az təminatlı insanlara ədalətsiz şəkildə zərbə vuracağını iddia edir???. İşçi qurumları deyir ki, yaşlı işçilər arasında məşğulluğu artırmaq və sistemi yenidən balanslaşdırmaq üçün daha yaxşı üsullar var. Məsələn, Makronun görməzdən gəldiyi vergi artımlarının tənzimlənməsi sözügedən çatışmazlıqları hiss olunacaq dərəcədə aradan qaldıra bilər.
Makron istefaya göndərilə bilər
Ölkədə keçirilən sorğunun nəticələri də göstərdi ki, Fransa əhalisinin təxminən beşdə üçü pensiya sisteminin yenidən qurulmasına qarşıdır. Xatırladaq ki, bu, Makronun pensiya islahatları ilə bağlı ilk qalmaqallı cəhdi deyil. Belə ki, Makron hökuməti 2020-ci ildə əsasən nəqliyyat sektorunun iflicinə səbəb olan uzunmüddətli tətillərdən sonra pensiya islahatı planını geri götürməli olmuşdu.
Hazırkı pensiya layihəsi də xalq tərəfindən kütləvi etirazla qarşılandığından hökumətin bu dəfə də geri çəkiləcəyi gözləniləndir. Lakin hələlik nə hökumət, nə də həmkarlar ittifaqları razılığa gəlmək barədə düşünür. Hökumət ciddi-cəhdlə tətillərin qarşısını alacağını, işçi təşkilatları isə iddiaları təmin olunana qədər nümayişlərə davam edəcəklərini bildirib. Fransa həmkarlar ittifaqları yanvar ayı boyunca tətil və etirazların davam etdiriləcəyini elan edib. Onlar yanvarın 31-də daha irimiqyaslı aksiyanın keçiriləcəyini bildiriblər.
Son məlumatlara görə, nəqliyyat, energetika, təhsil, səhiyyə və digər xidmət sahələrinin işçiləri də etirazlara qoşulmaqdadırlar. Təşkilatçılar bu aksiyaların 200-dən çox şəhəri əhatə edəcəyini bildiriblər.
Ekspertlərin fikrincə, Makron hökuməti yaxın müddət ərzində həmkarlar ittifaqları ilə anlaşa bilməsə, etiraz aksiyaları ümumxalq hərəkatına çevriləcək. Bu da prezident Emmanuel Makronun siyasi aqibətini seçkilərə qədər həll edə bilər.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
